İşin təsviri
                
                
                                
                İşin təsviri:
	- Tikinti prosesində bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili; eyni zamanda texniki sənədlərin hazırlanma, alınma prosesini təmin etmək və icra prosedurunda iştirak etmək;
 
	- Sənədləşmə prosesində meydana çıxan problemlərinin aradan qaldırılmasını təmin etmək, layihə dəyişiklikləri və bənzəri durumların kargüzarlıq hissəsinin hazırlanması, müvafiq qurumlardan lazımi sənədlərin təmin olunması;
 
	- Binaların istismara dair bütün prosedur sənədləşmələrinin hazırlanması;
 
	- Sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyəti üzrə bölüşdürmək;
 
	- Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək və onun təkmilləşdirilməsi üzrə təkliflər vermək;
 
	- Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət olunması;
 
	- Sənədlərin keyfiyyət tələblərinə uyğun olaraq hazırlanması təmin etmək;
 
	- Layihə prosedurlarına uyğun olaraq Sənədlərin idarə olunması sistemi üçün sistem administratoru kimi çıxış etmək;
 
	- Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər brədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
 
	- Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
 
	- Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə;
 
Tələblər:
	- Maaş 800-1000 artan istiqamət
 
	- İş təcrübəsi: 3 ildən 5 ilə qədər;
 
	- Kargüzarlıq bacarıqları;
 
	- Diqqət və məsuliyyət;
 
	- Azərbaycan dilində mükəmməl yazı bacarıqları;
 
	- Rus dili arzuolunandır;
 
	- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
 
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Sənədləşmə üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Ünvan : Nərimanov ray.Çinar park