Layihə Rəhbəri (Şuşa-Turşsu)

  • Twins Group
  • Elanın qoyulma tarixi: 13.06.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Layihənin həcmini rəhbərliklə birlikdə müəyyən etmək;
  • Layihəni uğurla başa vurmaq üçün bütün fəaliyyətləri detallı şəkildə müəyyən edən və ardıcıllığı təyin edən iş planı hazırlamaq;
  • Layihənin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfləri/ kontraktorları düzgün koordinasiya etmək;
  • Layihənin tələb olunan keyfiyyətdə vaxtında, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsini təmin etmək;
  • İşin həcmini və məqsədlərini bütün layihə tərəfdaşlarını cəlb edərək irəli aparmaq və texniki mümkünlüyü müəyyən etmək;
  • Resursların yetərliliyini və paylaşdırılmasını təmin etmək; Layihənin cədvəlini, proqramını rəhbərliklə birlikdə və eləcə də layihənin fəaliyyətinin təsir edəcəyi digər heyət üzvləri ilə nəzərdən keçirmək; layihə üzrə cədvəli, proqramını tələb olunan formada nəzərdən keçirmək;
  • Layihə performansını, həcmini, qrafikini və xərclərini müvafiq sistemlər, vasitələr və texnikalarla ölçmək;
  • Ehtiyac olduqda rəhbərliyə hesabat hazırlamaq və məruzə etmək;
  • Layihə tərəfdaşları və müştərilər arasında münasibətləri tənzimləmək;
  • Layihə risklərini azaltmaq məqsədilə risklərin idarə edilməsi;
  • Üçüncü tərəflərlə/kontraktorlarla münasibətləri yaratmaq və tənzimləmək;
  • Bütün layihə məlumatlarının lazımi qaydada sənədləşməsinə və təhlükəsizliyinə əmin olmaq üçün fayl sisteminin qurulması;
  • Layihənin nəticələrini planlama dövrü ilə üzləşdirmək və uyğunluğunu qiymətləndirmək.

Namizədə Tələblər:

  • Ali təhsil
  • Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Stresə davamlı
  • Yaş 30-50 
  • Kişi namizədlər cv gondərsin 

Təminatlar:

  • İş qrafiki: 09:00-18:00.
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
  • Əmək haqqı: -2000-2500 azn 

Vakansiyaya uyğun namizədlər CV-lərini “Layihə Rəhbəri ”başlıqı ilə e-mail e-mail ünvanına göndərə bilər.