İşin təsviri
Öhdəliklər:
- Cəmiyyətdə səlahiyyətli şəxslər tərəfindən təsdiq edilmiş sifarişlərin yüklənməsi üçün rəhbərliyin göstərişinə əsasən lazım olan sənədləri hazırlayır;
- Daşıma sənədlərinin hazırlanması prosesini icra edir, habelə Cəmiyyət üçün ən optimal nəqliyyat yolunu müəyyən edir.
- Nəqliyyatın planlaşdırılmasını və sifarişini həyata keçirir, eyni zamanda idxal və ixrac əməliyyatlarına
- Cəmiyyət tərəfindən təqdim edilmiş sənədlərin, eyni zamanda gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünü yoxlayır;
- Məntəqələrdən keçən bütün yüklərin məlumatlarının düzgünlüyünü yoxlayır;
- İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hazırlayıb təsdiq üçün rəhbərliyə təqdim edir;
- Qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsi, qəbul olunan malların razılaşmaya uyğun olması, habelə ödənişlərin vaxtında ödənilməsi üçün rəhbərliyin göstərişlərini icra edir;
- Rəhbərliyin aidiyyəti işlərin icrası ilə bağlı verilən tapşırıqlarını vaxtında və vicdanla yerinə yetirir.
Namizədə Tələblər:
- Ali təhsil
- Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
- Kollektivlə ünsiyyət qurma bacarığı
- Stresə davamlı
- Ofis proqramlarında işləmə bacarığı
Təminatlar:
- İş qrafiki: 09:00-18:00.
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Əmək haqqı: 800-1200 azn
Vakansiyaya uyğun namizədlər CV-lərini “Logistika üzrə mütəxəssis” başlığı ilə e-mail ünvanına göndərə bilər.