Bekoloder sürücü-operatoru (Şuşa-Turşsu)

İşin təsviri

İş barədə məlumat:

  • İstismara hazır avadanlığı sağlamlıq və təhlükəsizlik tələblərinə uyğun təmizləmək, müntəzəm qaydada texniki xidmətin göstərilməsini həyata keçirmək, nöqsanlar barədə məlumat vermək;
  • Texnikaların təhlükəsiz və səmərəli idarə edilməsinə görə məsuliyyət daşımaq;
  • İşi düzgün planlaşdırmaq və verilən tapşırıqları vaxtında yerinə yetirmək;
  • Ona təhkim olunmuş texnikanı təmiz və və işlək vəziyyətdə saxlamaq,istifadədən öncə texnikaya vizual baxış keçirmək;
  • Təhkim edilmiş texnikanın (ekskavator, bekoloder, buldozer və Howo) təhlükəsiz və səmərəli idarə edilməsinə görə məsuliyyət daşımaq;
  • Cəmiyyət tərəfindən müəyyən olunmuş qayda və təlimatlara uyğun olaraq zəruri ehtiyat tədbirlərini həyata keçirmək, gündəlik fəaliyyət barədə Cəmiyyət tərəfindən müəyyən olunmuş qayda və təlimatlara uyğun olaraq hesabatlar hazırlamaq və səlahiyyətli şəxslərə və ya şöbələrə məlumat vermək;
  • İş vaxtından əvvəl və ya iş vaxtı ərzində spirtli içkilərdən, uyuşdurucu maddələrindən, insan diqqətini yayındıran və ya yuxu gətirən psixotrop, antidepresant və buqəbildən olan dərman və preparatlardan istifadə etməmək;
  • Müvafiq qaydalara və prosedurlara uyğun olaraq iş ərazisini təmiz və təhlükəsiz saxlamaq, qaydaya salmaq, fərdi gigiyena və təhlükəsizlik qaydalarına nəzarət və riayət etmək;
  • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək;
  • Cəmiyyətin səlahiyyətli şəxsləri tərəfindən müəyyən olunmuş səfərlərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin, qurğularının, mexanizmlərinin, texnoloji avadanlıqlarının tamlığını və işləməsini yoxlamaq;
  • Nəqliyyat vasitəsinin texniki funksionallığını yoxlayır, texniki baxışdan keçirir, nəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
  • Nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qanunvericiliyinə zidd olan, eyni zamanda qəzaya səbəbiyyət verəcək hərəkətləri (və ya hərəksizlikləri) etməkdən çəkinmək;
  • Nəqliyyat vasitəsi üçün verilmiş texniki xidmət planına riayət edir, həmçinin nəqliyyat vasitəsinin xarici də daxil olmaqla kabin və yük yerini təmizləyir, nasazlıq və zədələr barədə dərhal birbaşa rəhbərinə məlumat vermək;
  • Rəhbərliyin aidiyyəti işlərin icrası ilə bağlı verdiyi tapşırıqları yerinə yetirmək.

Təminatlar:

  • İş qrafiki: 09:00-18:00.
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
  • Əmək haqqı: 1200 

Vakansiyaya uyğun namizədlər CV-lərini “Bekoloder sürücüsü” başlığı ilə e-mail ünvanına göndərə bilər.