Mühəndis-Elektrik

  • Euroclima
  • Elanın qoyulma tarixi: 21.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların AZDTN tələblərinə uyğun AutoCAD-da çəkilməsi;
  • Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi və smetanın hazırlanması;
  • 0,4-1 kV (aşağı gərginlik) elektrik şəbəkənin layihələndirilməsi;
  • Elektrik yükünün hesablanması;
  • Layihələrdə elektrik işlərinə nəzarət, sahədəki mühəndisin və sahə rəisinin işlərinin düzgün təşkil edilməsinə nəzarət;
  • Tabeliyində olan digər işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan Norma, Qaydalar, Standartlar və digər texniki sənədlərin tələblərinə riayət olunması;

Tələblər:

  • Mühəndis-elektrik ixtisası üzrə ali təhsil (arzuolunandır);
  • Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
  • Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablama qaydasının bilməli;
  • Elektrik sxemlərini tərtib etmək bacarığı;
  • Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığı;
  • Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
  • Aşağı və yüksək gərginlikdə işləmək üçün sertifikat (arzuolunandır);
  • Azərbaycan dilini yüksək səviyyədə olması, ilkin Rus və İngilis dili biliyi;
  • Kompüter bilikləri – AutoCAD əla bilməli; 3D MAX, VRAY, Corel Draw proqramlarının bilməsinə üstünlük verilir;
  • MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı;
  • Komandada işləmə bacarığına malik olmalı;
  • Diqqətli və dəqiq olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;

Şərtlər:

  • Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K
  • Əmək haqqı: Razılaşdırılma yolu ilə
  • İş günləri: həftə içi 6 gün, 09:00-18:00. Şənbə qısaldılmış iş günü.

Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Mühəndis Elektrik” qeyd edərək, öz CV-lərini mail ünvanına göndərə bilərlər;