İşin təsviri
Vəzifə öhdəlikləri:
- Tenderin Əsas Şərtlər Toplusunun hazırlanması/nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
- Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində tender komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması
- Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət
- Tender və sorğu proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması
- Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək;
- Tender və digər müsabiqələrin keçirilməsi üçün araşdırılmaların aparılması;
- Mütəmadi bazar araşdırması edərək potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabatının təqdim edilməsi;
- Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqların aparılması;
- Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender prosesində şirkətin təmsil olunması.
Namizədə tələblər:
- Ali təhsil (İqtisadi təhsilin olması üstünlükdür);
- Azərbaycan dili, rus-ingilis dili üstünlükdür;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- Müqavilələrlə iş təcrübəsi;
Şərtlər:
- Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K
- Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
- Əmək haqqı namızədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək
- İş günləri: həftə içi 5 gün, 09:00-18:00.
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Tender mütəxəssisi (aparıcı mütəxəssis)” qeyd edərək, öz CV-lərini mail ünvanına göndərə bilərlər;