Baş Mühasib

  • Euroclima
  • Elanın qoyulma tarixi: 08.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Vəzifə öhdəlikləri:

  • Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  • Xərc smetaların icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
  • Sənədlərin qanuni və vaxtında düzgün şəkildə tərtib edilməsinə nəzarət etmək;
  • Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqlarının və digər ödənişlərinin aparılması;
  • Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı sənədlərin hazırlanması;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak;
  • Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması;
  • Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Ödənişləri nəzarətdə saxlamaq;
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması.
  • Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti. İtkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
  • Daxili nəzarət (audit)
  • Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
  • Bütün Bank əməliyyatların icra edilməsi
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • Məxfilik prinsiplərini pozmamaq.

Tələblər:

  • Təhsil: Ali iqtisadi təhsil (iqtisadiyyat, mühasibatlıq və ya maliyyə ixtisası üzrə)
  • Kompüter bilikləri: MS Office, 1C (8.3) 
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə (digər dil bilikləri əlavə üstünlük hesab edilir)
  • Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
  • Milli və beynəlxalq uçot standartları üzrə biliklər
  • Mühasib kimi 5 ildən artıq iş təcrübəsi ( sahəsində təcrübəli olması üstünlükdür)
  • Peşəkar mühasib sertifikatın olması üstünlükdür
  • Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
  • Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti

Şərtlər:

  • Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
  • Əmək haqqı: Razılaşdırılma yolu ilə
  • İş günləri: həftə içi 5 gün, 09:00-18:00.

Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Baş Mühasib” qeyd edərək, öz CV-lərini mail ünvanına göndərə bilərlər;

Əlaqə nömrəsi: 050 263 10 50