SƏTƏM üzrə menecer

İşin təsviri

İşin təsviri:

  • SƏTƏM departamentinin işinə  rəhbərlik etmək, işçilərdən və iş yerlərindən əməyin təhlükəsizliyi,   ətraf mühitin mühafizəsi, monitorinq, qəza və hadisələrlə bağlı operativ və gündəlik məlumatlar almaq, onları təhlil edib elektron bazaya daxil edilməsinı təşkil etmək.
  • Filialda qazma əməliyyatlarında və onunla bağlı bütün xidmətlərdə texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahəsində qəbul edilmiş təlimat və göstərişlərə ciddi şəkildə əməl olunmasını tələb etmək.
  • Qurğu və avadanlıqların FHN-nin müvafiq orqanında  qeydiyyata alınmasını, sənaye təhlükəsizliyi ekspertizasından keçirilməsini və sertifikatlaşdırılmasını təmin etmək.
  • Filialda əməyin və ətraf mühitin mühafizəsi üzrə müntəzəm monitorinqlərin keçirilməsinə, təlimlərin və biliklərin yoxlanılmasına və bununla bağlı məlumat, arayış, protokol və hesabatların dürüst və vaxtında tərtib olunmasına və yenilənməsinə nəzarət etmək.
  • İş yerlərində baş vermiş zədələnmələrin səbəblərinin təhlilini təşkil etmək, gələcəkdə belə halların qarşısını almaq üçün tədbirlərin hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmək.
  • Texniki və ekoloji təhlükəsizlik və əməyin və ətraf mühitin mühafizəsi üzrə qüvvədə olan normalar, qayda və təlimatlara əməl olunmasına, dövlət nəzarəti orqanlarının göstərişlərinin vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək.
  • Əməyin və ətraf mühitin mühafizəsi üzrə iş növü təlimatlarının işlənib hazırlanmasına və yenilənməsinə rəhbərlik etmək.
  • Ətraf mühitə təhlükə törədə biləcək qəzaların qarşısını almaq məqsədilə maşın və qurğuların iş yerlərində texniki təhlükəsizlik qaydalarına  uyğun şəkildə istismar olunmasına nəzarəti təmin etmək.
  • Əməyin təhlükəsizliyinə və ətraf mühitə ziyan vura biləcək amillərin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər hazırlamaq və icrasını təmin etmək.
  • Quyuların qazılması ilə bağlı aparılan sınaqlarda,  qoruyucu kəmərlərin endirilməsi və quyuların sementlənməsi işlərində bilavasitə iştirak etmək.
  • Yeni işə qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş və ilkin təlimatın keçirilməsinə, eləcə də  işçilərlə əməyin mühafizəsinə, texniki təhlükəsizliyinə dair vaxtaşırı, zərurət yarandıqda birdəfəlik və növbədənkənar təlimatların keçmələrinə nəzarəti təşkil etmək.

Tələblər:

  • Ali təhsil
  • Neft-qaz sənayesində texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahəsində ən azı 5 (beş) il iş stajı
  • Dil bilikləri: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə)
  • NEBOSH IGC sertifikatı(üstünlükdür);
  • IOSH Working Safely sertifikatı (üstünlükdür);
  • Train the Trainers sertifikatı (üstünlükdür);
  • Fövqəladə Hallar Nazirliyinin şəhadətnaməsi
  • Kompüter bilikləri : MS Excel və MS Word proqramları ilə sərbəst işləmək bacarığ;
  • Analitik təhlil bacarığı
  • Ətraflı şəkildə hüquqi, texniki və standart məlumatları əldə etmək və onlardan istifadə etmək bacarığı;
  • Sakit, səbirli və qətiyyətli;
  • Mükəmməl müzakirə, ünsiyyət və ətrafdakılara uyğunlaşmaq bacarığı;
  • Güclü analitik, problemləri həll etmə və təşkilatçılıq bacarıqları;
  • Fiziki cəhətdən çöl işləri üçün uyğun, İT biliklərinə sahib olmaq bacarığı;