Data elmi üzrə aparıcı analitik

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 20.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 05 mart 2024

Vəzifə Öhdəlikləri:

  • Müvafiq sığorta məhsulları üzrə data analitikasının aparılması ilə bağlı beynəlxalq praktikanın araşdırılması və təkliflərin verilməsi;
  • Cəmiyyətdə əməkdaşların data analiz qabiliyyətlərinin inkişaf etdirilməsində iştirak;
  • Statistik və machine learning modellərini qurulması və inkişaf etdirilməsi;
  • Fəaliyyət sahəsi üzrə data hesabatlarının və dashboard-ların hazırlanması;
  • Məhsul və satış squad-larından gələn gündəlik data ehtiyacı ilə bağlı sorğuların icrasının həyata keçirilməsi;
  • Satış üzrə lidlərin təhlil edilməsi;
  • Cəmiyyətin müəyyən olunmuş biznes strategiyasına müvafiq olaraq Tədbirlər Planının tərtib edilməsi və həyata keçirilməsində iştirak;
  • Büdcələmə prosesində iştirak;
  • Əməliyyat planının tərtibi və icrasına nəzarət;
  • Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi:  Data analitika sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Menecment, İT, Riyaziyyat, Data elmləri ixtisasları üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
  • Kompüter bilikləri: MS Excel: əla , MSSQL(T-SQL):əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə, problem həlletmə.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi