Məhsul Sahibi

  • Bestcomp Group
  • Elanın qoyulma tarixi: 19.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstifadəçilər və texnologiyalar haqqında ətraflı biliyə əsaslanaraq məhsulun texniki həyat dövrünə rəhbərlik etmək.
  • Məhsulun xüsusiyyətlərini və funksionallığını təmin etmək üçün Proqramlaşdırma komandası tərəfindən həyata keçiriləcək işi təyin etmək, prioritetləşdirmək və qiymətləndirmək.
  • Biznes dəyərinə uyğun olaraq məhsul bakloqunu formalaşdırmaq üçün analitika, dizayn, proqramlaşdırma da daxil olmaqla, çarpaz funksiyalı komandalar və maraqlı tərəflərlə işləmək.
  • Məhsulun yol xəritəsindəki xüsusiyyətləri istifadəçi hekayələrinə çevirərək proqramlaşdırma komandasının məhsulu qavramasına yardımçı olmaq.
  • Məhsul bekloqunu idarə etmək, sprint planlamanı həyata keçirmək və proqram təminatındakı defektlərin aradan qaldırılmasını təmin etmək.
  • Maraqlı tərəflərin tələblərini balanslaşdıraraq, təyin edilmiş məhsullar üçün sprint planlamasını prioritetləşdirmək.
  • Agile mühitdə işləyərək, davamlı daxil olan biznes ehtiyaclarını nəzərdən keçirmək, məhsulun yaradılması üçün prioritetləri dəqiqləşdirmək, mərhələləri və nəticələrini təsvir etmək, imkanları və riskləri müəyyənləşdirmək.
  • Məhsulun müştəriyə vaxtında çatdırılmasını təmin etmək üçün layihə menecerlərinə, maraqlı tərəflərə hesabat vermək.
  • İşin həcminə və resurs tələblərinə əsaslanaraq büdcələrin hazırlanmasını dəstəkləmək.
  • Tətbiqin təhvil verildikdən sonra təkmilləşdirmələrinin və istəniləcək yeni funksionallıqlarını nəzərdən keçirib icrasını planlamaq, yaranan texniki problemlərlə bağlı mütəmadı xəbərdalıqlar etmək.

Davranış bacarıqları:

 

  • Komandada işləmə bacarığı 
  • Təhlil etmək və problem həll etmək bacarığı
  • Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq
  • Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı.
  • Güclü İş Etikası.
  • Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları.

Xüsusi tələblər:

Diplom:

  • İnformasiya Texnologiyaları, kompüter mühəndisliyi və İT biznes hasələri üzrə bakalavr dərəcəsi.

Təcrübə:

  • Proqram təminatı layihələrində Məhsul Sahibi, Biznes Analitik və ya bənzəri vəzifələrdə 3+ illik təcrübə. PSPO, CSPO, CSM kimi sertifikatlara sahib olmaq. 
  • Sənəd dövriyyəsi məhsulları üzrə təcrübə üstünlükdür.

Xüsusi təcrübə sahələri:

  • Əsas Domen biliklərinə sahib olmaq
  • SDLC bilikləri

Kompüter bacarıqları:

  • MS Office, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri.
  • Baza SQL bilikləri üstünlükdür. 

Dil bilikləri:

  • Azərbaycan mükəmməl, Rus və İngilis yaxşı (yazı və oxuma)

Ümumi tələblər:

 

  • Proqram təminatını və onun inkişafı metodologiyası üzrə dərin biliklər.
  • Dizayn keyfiyyət standartlarını başa düşmək.
  • İstifadəçi mərkəzli dizayn prinsipləri haqqında mükəmməl biliklərə sahib olmaq.

İşəgötürənin reytinqi