Bestcomp Group


1995-ci ildə yaradılan BestComp Group şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, BestComp Group geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir. Uzun illərə dayanan peşəkar biznes yanaşmamız şirkətimizin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına səbəb olmuş və nəticə etibarilə onu bu gün ön sıralarda gedən İT şirkətlərdən birinə çevirmişdir.

BestComp Group Hewlett Packard Enterprise və Aruba şirkətlərinin “Platinum”, HP Incorporated, Palo Alto və Oracle şirkətlərinin “Gold”, Microsoft şirkətinin distribütoru və İrihəcmli Satış üzrə xüsusi tərəfdaşı, Acer, Lenovo, Micro Focus, VMware, Schneider Electric, Eaton, Cisco, Sandvine, Gemalto, HID, F5, Thales, Fortinet və dünyanın 50-dən artıq digər qabaqcıl istehsalçısının rəsmi tərəfdaşıdır.

BestComp Group öz fəaliyyətini Azərbaycanın hüdudlarından kənarda da davam etdirir. Belə ki, qonşu ölkə Gürcüstanda bir ofisimiz, o cümlədən Mərkəzi Asiya ölkələri üzrə regional ofisimiz Özbəkistanda fəaliyyət göstərir. Şirkətin tarixi İnformasiya Texnologiyaları sahəsində Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrində uğurla həyata keçirilən yüzlərlə müxtəlif layihə ilə zəngindir. Şirkətimizin müştərilərə təqdim etdiyi məhsullar və göstərdiyi xidmətlərin əsas hədəfi müştəri məmnuniyyətidir. Göstərdiyimiz məsləhət xidmətləri şirkətlərin İT infrastrukturunun daha da təkmilləşməsinə və bununla da fəaliyyətlərinin müasir standartlara uyğun və məhsuldar olmasına yardımçı olur. BestComp Group ISO 9001:2015 beynəlxalq keyfiyyət sertifikatına malikdir və bu, bir daha müştərilərin yüksək keyfiyyətli xidmətlərlə təmin olunacaqlarının bir göstəricisidir.