Təchizatçı

  • Amal Group
  • Elanın qoyulma tarixi: 15.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sifarişlərin qəbulu və düzgün təhlili;
  • Sifarişlərin keyfiyyətli və uyğun qiymətli  mal-materiallarla (iş və xidmətlə) təmin olunması;
  • Tədarükçülərin (Mal, iş və xidmət  satanların) araşdırılması, əlaqələrin yaradılması;
  • Lazım olan mal - materiallar üzrə mütəmadi olaraq texniki məlumat və qiymət araşdırılmasının aparılması;
  • Tədarükçülərlə (Mal, iş  və xidmət  satanlarla) müqavilələrin bağlanmasını təmin etmək;
  • Müqavilənin icrası uçotunun aparılması;
  • Malların alınması, gətirilməsi və anbara təhvil verilməsi;
  • Ödənişlərin nəğdsiz qaydada (köçürmə  yolu ilə) aparılmasını təmin etmək;
  • Malların qeydiyyatının aparılması;
  • Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması;
  • Mal və materialların, avadanlıqların və o cümlədən tədbirdən (təmir-tikinti sahəsindən) qalan mal-materialların sayımının məsul şəxslərlə birgə aparılmasında iştirak etmək;
  • Firmanın balansında olan mal-materialların inventarizasiyasında iştirak etmək.
  • Rəhbərlik tərəfindən veriləcək digər oxşar tapşırıqları icra etmək

İş qrafiki:

  • Bazar ertəsi- cümə 09:00-18:00
  • İş yerinin ünvanı: Bakı şəhəri, Novxanı
  • Yaş həddi: 30-45
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Təchizatçı” adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd:Mebel sahəsində işləyənlərə üstünlük verilir.