Kreditlərin İlkin Təqibi üzrə Menecer

  • By Telecom
  • Elanın qoyulma tarixi: 15.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana və zaminə zəng edilməsi;
  • Gecikməyə düşmüş kreditlərlə bağlı borcalan və zaminlə Ofisdə və ya onların ünvanlarında görüşlərin keçirilməsi;
  • Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana və zaminə rəsmi bildirişlərin göndərilməsi;
  • Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi;
  • Borcalanın cari tarixə maliyyə vəziyyətinin qiymətləndirilməsi;
  • Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi və s.

Tələb olunan bacarıq və təcrübə:

  • Bakalavr dərəcəsi tələb olunur.
  • MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı.
  • Gecikdirilmiş kredit portfelinin idarə olunmasında minimum 3 il iş təcrübəsi
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı.
  • Operativ, stressə davamlılıq, inadkar, təmkinli və problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı mütləqdir.

İş Yeri: Bakı şəhəri

İş Rejimi: 6 günlük

Əmək haqqı: 500 AZN + təhkim olunmuş portfel bonusu 1000-2000 AZN