İstehsalat və Proses üzrə Mühəndis

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 15.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)

Tələblər: 

  • Kimya mühəndisliyi, sənaye mühəndisliyi, maşınqayırma, geologiya və ya müvafiq sahədə bakalavr dərəcəsi;
  • Sement zavodunda və ya oxşar ağır sənaye istehsal mühitində istehsal mühəndisliyi və ya prosesin optimallaşdırılması sahəsində təcrübə;
  • Sement istehsalı prosesləri, avadanlıqları, xammallar barədə ilkin biliklər;
  • Keyfiyyətə nəzarət üçün analizlər və metodlar barədə məlumatlı olmaq;
  • İngilis dilində B2 səviyyədə danışmaq və yazmaq bacarığı;
  • MS Office komputer proqramı üzrə bacarıqlar;

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Satış, tələb proqnozlarına, resursların mövcudluğuna və keyfiyyət tələblərinə əsaslanaraq istehsal planlarını və cədvəllərini hazırlamaq üçün istehsal meneceri ilə əməkdaşlıq etmək. 
  • Xammalın qırılması, üyüdülməsi, soba əməliyyatları, klinker istehsalı və sement istehsalı və qablaşdırılması daxil olmaqla istehsal fəaliyyətlərinin vaxtında yerinə yetirilməsinə nəzarət etmək və təmin etmək.
  • Avadanlıqların təmirini planlaşdırmaq və dayanma müddətini minimuma endirmək üçün texniki xidmət şöbəsi ilə kordinasiya.İstehsal xəttinin cari və əsaslı təmir işlərinin plana uyğun icrasına, keyfiyyətinə nəzarət
  • Proseslərin optimallaşdırılması, səmərəliliyin artırılması və xərclərin azaldılması imkanlarını müəyyən etmək üçün istehsal proseslərini, iş axınını və avadanlıq performansını təhlil etmək.
  • Sistemin fasiləsiz fəaliyyəti üçün materialların zamanında SAP sistemi üzərindən sifarişi
  • Enerji istehlakını optimallaşdırmaq, istehsal məhsulunu maksimuma çatdırmaq və tullantıların əmələ gəlməsini minimuma endirmək üçün tədbirlər həyata keçirmək.
  • İstehsal xətindəki plansız dayanmaların səbəbinin araşdırilmasına köməklik göstərməli və qərara alınmış tədbirlərin icrasına nəzarət etməli
  • Sement məhsullarının sənaye standartlarına, müştəri spesifikasiyalarına və daxili keyfiyyət hədəflərinə cavab verməsini təmin etmək üçün keyfiyyətə nəzarət prosedurlarını həyata keçirmək və saxlamaq.
  • Xammal tərkibi, sobanın temperaturu, üyüdülmə parametrləri və sementin keyfiyyət göstəriciləri ve sair kimi əsas proses parametrlərinə davamlı nəzarət etmək.
  • İstehsal fəaliyyətinin davamlı monitorinqi və təhlili, təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və düzəldici və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi.
  • Proses ölçüm cihazlarının düzgün istismarına riayət etmək  
  • Enerjinin səmərəliliyi çərçivəsində ətraf mühitə neqativ təsirlərin aradan qaldırılması istiqamətində tətbiq olunan qurğu və avadanlıqların səmərəliliyin hesablanması, uyğun proses auditlərinin təşkil edilməsində Proses Performans Müdirinə dəstək
  • Alternativ yanacaq və xammal ilə sınaqların modelləşdirilməsi, hesabatların tərtib edilməsi və həyata keçirilməsin
  • Proses ölçüm cihazları vasitəsi ilə sahə ölçüm cihazlarının doğruluğunu müəyyən etmək
  • Proses ölçüm cihazları vasitəsi ilə öçümlər həyata keçirmə 
  • Proses və sənaye ölçüm cihazlarının vaxtı vaxtında kolibrləmə və doğrulama əməliyyatları üçün uyğun laboratoriyalara göndərilməsinə riayət etmək 
  • Qısamüddətli, orta və uzun müddətli proses optimallaşdırılması imkanlarının, texniki-iqtisadi hesabatlarının müəyyən edilməsində Proses Performans Müdirinə dəstək 
  • Departamentin fəaliyyəti ilə əlaqəli iş təlimatlarının hazırlanması 
  • Təkmilləşdirmə layihələri və təşəbbüslərini həyata keçirmək üçün KN KZ departamenti kimi çarpaz funksional komandalarla əməkdaşlıq etmək.
  • İstehsalın davamlılıgını təmin etmək və düzgün planlamaq üçün təchizat, satış kimi digər şöbələrlə əməkdaşlıq etmək.
  • İşçilərin cəlb edilməsini, bilik mübadiləsini və ən yaxşı təcrübənin yayılmasını təşviq etməklə davamlı təkmilləşmə mədəniyyətini inkişaf etdirmək.
  • Sağlamlıq və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək və təhlükəsiz iş mühitini təşviq etmək.
  • Risklərin qiymətləndirilməsi, təhlükənin müəyyən edilməsi və müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsi
  • Təhlükəsiz iş təcrübələri, standart əməliyyat prosedurları və fövqəladə hallara reaksiya protokolları üzrə işçilərə təlim və təlimat vermək.
  • İstehsal komandasına, operatorlara və texniki xidmət heyətinə texniki dəstək və təlimat vermək.
  • Qaz təchizatı sisteminin  istehsalat tapşırıqlarını verməli və onların “Qaz Xidmətinə dair Əsasnamə” yə uyğun icra olunmasına nəzarət etməlidir
  • Sahədə gündəlik görülən işlərin keyfiyyətinə nəzarət etmək, tapşırıqlar vermək
  • İstehsal həcmləri, keyfiyyət göstəriciləri, prosesin səmərəliliyi göstəriciləri və dayanma müddətlərinin təhlili daxil olmaqla, istehsal hesabatlarının hazırlanması.

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 23.02.2024

İşəgötürənin reytinqi