Geodeziya mühəndisi

  • ND Company
  • Elanın qoyulma tarixi: 13.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yerinə yetirəcəyi işlər:

  • Topoqrafik xəritələrin və planların müxtəlif metodlarla yaradılması üçün fəaliyyət göstərmək;
  • Aparılan ölçmələrin nəticəsində əldə olunan məlumatların emal və nəticələrini tətbiq etmək;
  • Müasir elektron hesablama texnikasından istifadə edərək texniki-iqtisadi hesablamaları aparmaq;
  • Təlimat və normalarla tənzimlənən topoqrafik işləri yerinə yetirmək;
  • Texniki tapşırıqlara, qüvvədə olan standartlara və normativ texniki sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi ilə çətin olmayan layihələrin və sadə sxemlərin hazırlanmasında iştirak etmək;
  • Texnoloji avadanlıqların ölçmə dəqiqliyinin müəyyən olunmuş normalara uyğunluğunu yoxlamaq, xüsusi ölçmələrin aparılmasını təmin etmək;
  • Topoqrafik-geodezi alət və cihazlara olan tələbatın müəyyənləşdirilməsində və sifarişlərin tərtib olunmasında iştirak etmək;
  • Ölçmə vasitələrinin və aparılan ölçmələrin həcmləri barədə operativ qeydlər apamaq;
  • Plan və hesabat sənədləşdirilməsi üçün texniki işlərin yerinə yetirilməsini təmin etmək;
  • Topoqrafiya və geodeziya sahəsidə görülmüş işlərə dair hesabatlarının tərtib olunması üçün zəruri məlumat bazasının  hazırlamaq və sistemləşdirmək;
  • Topoqrafik işlərin aparılmasını tənzimləyən normativ-texniki sənədlərin tələblərinin gözlənilməsini və rəhbərlik və sifarişçi tərəfindən nəzarətin aparılmasını təmin etmək;
  • Bina və qurğuların, layihələrə uyğun dəqiq nişanlanmasını, bölünmə əməliyyatlarının görülməsini və inşa olunmasını təmin etmək məqsədi ilə, kompleks geodeziya işlərini yerinə yetirmək;
  • Geodeziya işlərinin təhvil-təslimini həyata keçirmək;
  • Geodeziya ölçmə işlərinin nəticələrinin riyazi hesablanması və layihəninn verilmiş planına uyğun kodlaşdırma işinin doğruluğnda məsuliyyət daşıyır;
  • Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə layihənin icrası məqsədilə tətbiq ediləcək nöqtələri müəyyən etmək;
  • Nivelirdən teodolit və peyk vasitəsi ilə qlobal yerləşmə sistemlərindən (GPS) istifadə etməklə çəkiliş işləri aparılan sahələrdə mühüm nöqtələrin en və uzunluq dairəsini və sərhədlərini müəyyən etmək;
  • Topoqrafik çəkilişləri və ölçmə nəticələrini, o cümlədən, torpaq və ya torpaq sahələrinin formasını, konturlarını, yerini, hündürlüyünü və ölçülərini qeydə almaq;
  • Topoqrafik hesabatları və cizgiləri hazırlanmaq və Həftəlik və aylıq həcm hesabatları hazırlanmaq;
  • Topoqrafik ölçmə işlərinin inşaat sahəsinin iş proqramına uyğun olaraq həyata keçirilməsini və nəzarətini təmin etmək;
  • Məlumatların AutoCad Civil 3D proqramında emal etmək;

Tələblər:

  • Mühəndis-tədqiqat işlərinin topoqrafik təminatı sahəsində normativ, metodiki və tənzimləyici sənədləri.
  • Geodeziya işlərinin aparılması sahəsində texniki reqlamentləri, standartları və normativ-texniki sənədlərin tələblərini.   
  • Geodeziya ölçmələri aparan texniki vasitələrin istismarına, təmirinə, yoxlanılmasına və saxlanmasına dair normatıv-texniki sənədləri.
  • Ölçmə vasitələrinin Texniki xüsusiyətlərini, konstruktiv özəlliklərini, təyinatını və tətbiq etmə prinsiplərini və onların təmir texnologiyasını    
  • Texniki sənədləşdirməni tərtib edilmə qaydalarını.
  • Topoqrafık-geodeziya materialların qeyd olunma və saxlama qaydalarını;
  • Total station və Nivelir avadanlığı ilə işləmək bacarığı;
  • Ölçmənin dəqiqlik həddini şərh edən standartlar fondunu və başqa sənədlərə tətbiq olunması texniki sənədlərin nizama salınması, tərtibi qaydalarını bilmək;
  • Ali texniki təhsil (mülki tikinti, inşaat mühəndisliyi,inşaat və texnologiya və başqa uyğun ixtisaslar)
  • Müvafiq sahə üzrə minumum 5 il iş təcrübəsi
  • Azərbaycan dili (əla),  inigilis və rus dilləri arzuolunandır.
  • Microsoft Office (yaxşı), AutoCad,

İş şəraiti:

  • İş rejimi: 6 günlük, 
  • Əmək haqqı: müsahibə nəticəsində müəyyən olunacaq.
  • İşçi nahar, telefon danışığı təmin edilir.

 CV-ləri e-mail ünvanına “Geodeziya mühəndisi” başlığı ilə göndərməyiniz xahiş olunur.