Logistika və anbar təsərrüfatı bölməsi

  • ND Company
  • Elanın qoyulma tarixi: 13.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yerinə yetirəcəyi işlər:

  • Layihələrdə işlərin görülməsi üçün tikinti texnikalarının işə cəlb etmək, texnikaların ödənişlərinin kontragentlə üzləşdirilməsi, ödənişlərə nəzarət etmək;
  • Daşımaların həyata keçirilməsi üçün avtomobillərin cəlb etmək, ödənişlərinin kontragentlə üzləşdirilməsi, ödənişlərə nəzarət etmək;
  • Şirkətin logistika əməliyyatlarının optimallaşdırılması məqsədilə təkliflərin hazırlanması;
  • Logistika proseslərilə bağlı sənəd dövriyyəsinin koordinasiyası;
  • Cəmiyyət üçün gömrük sərhədindən keçirilən malların gömrük rəsmiləşdirilməsini, habelə gömrük rəsmləşdirməsi üçün zəruri olan digər tədbirlər üçün sənədlərin hazırlanmasını təmin etmək;
  • Cəmiyyət üçün göndərilən mallarin müşaiyətedici və digər sənədlərində olan məlumatlar əsasında müvafiq gömrük rejimində məhsulların bəyannaməsini hazırlamaq;
  • Cəmiyyət üçün göndərilən mallar üçün tələb olunan ödənişləri hesablamaq və gömrük rüsumlarının ödənilməsini təmin etmək üçün zəruri sənədləri cəmiyyətin maliyyə xidmətinə təqdim etmək; 
  • Logistikanın büdcəsinin hazırlanmasında iştirak, logistika əməliyyatlarının icra olunmasına çəkilən xərclərin qiymətləndirilməsi və analizi;
  • Logistik proqnozların qurulmasında iştirak etmək;
  • Anbarda maddi qiymətli malların qəbulunun, saxlanmasının və buraxılmasının sistemləşdirilməsi və tam nəzarətdə saxlanması üçün anbar fəaliyyətini təşkil edir;
  • Müxtəlif materialları: yanacaq, xammal, polufabrikat, hazır məhsul, detallar, alətlər, əşyalar və anbara qəbul edilməsinə, tərəzidə çəkilməsinə, saxlanması zamanı normativ sənədlərin tələblərinə riayət olunmasına  və anbardan buraxılmasını təşkil edir;
  • Mal və materialların xarab olmaması və itməməsi üçün tədbirlər görür;
  • Yükləmə, boşaltma işlərini təşkil edir və həmin işlərin icrasına nəzarət edir;
  • Anbarda saxlanılan materialların hərəkəti ilə əlaqədar qeydiyatların aparılmasını və onların hesabat sənədlərinin təqdim olunmasını təmin edir;
  • İnventarlaşmanın aparılmasında iştirak edir;
  • Anbarda saxlanılan maddi sərvətlərin qorunub saxlanmasını standartların tələblərinə uyğun olaraq təmin edir.

Tələblər:

  • Nəqliyyat və anbar təsərrüfatı sahəsində normativ, metodik və digər rəhbəredici materialları;
  • Mal-materialların saxlanma standartlarını və texniki şərtlərini; 
  • Texnikaların yanacaq sərfi normalarını;
  • Avtomobil nəqliyyatı ilə yükdaşıma qaydalarını;
  • Məhsulların nəql olunma, çatdırılma və saxlanma şərtlərini;
  • Ali təhsil 
  • Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi
  • Azərbaycan dili (əla),  inigilis və rus dilləri arzuolunandır.
  • Microsoft Office (yaxşı), 1C

İş şəraiti:

  • İş rejimi: 5 günlük, 09:00-18:00
  • Əmək haqqı: müsahibə nəticəsində müəyyən olunacaq.
  • İşçi nahar, telefon danışığı təmin edilir.

 CV-ləri e-mail ünvanına “Logistika və anbar təsərrüfatı bölməsinin mütəxəssisi” başlığı ilə göndərməyiniz xahiş olunur.