Tender üzrə mütəxəssis

  • ND Company
  • Elanın qoyulma tarixi: 29.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Yerinə yetirəcəyi işlər:

  • Dövlət satınalmaları və özəl sektorda tender üzrə elanları daimi izləmək, həmin satınalamalar barədə rəhbərliyə daimi məlumat hazırlamaq;
  • Tenderin Əsas Şərtlər Toplusunun hazırlanması/nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;  
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
  • Tender sənədlərinin hazırlanması üçün cəmiyyətin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərilməsi;
  • Tender və kotirovka üçün forma blanklarının doldurulması və düzgünlüyünün izlənilməsi;
  • Tenderdə iştirak edilməsi üçün cəmiyyətin imkanlarının və ya tenderi qazandıqda cəmiyyətin təxmin edilən gəlirlərin analiz edilməsində iştirak edilməsi, sifarişin və eləcə də digər tender sənədlərinin  hazırlanması və təqdim olunması;
  • Hazır sənədləri elektron satınalma portalına daxil etmək;
  • Tender və kotirovkalarda iştirak etmək üçün etibarlı təchizatçılar bazasının yaradılması;
  • Tenderlər zamanı şirkəti təmsil etmək;
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət
  • Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqların aparılması;
  • Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi;

Tələblər:

Biliklər

  • Satınalma və tender prosesi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reysterin hazırlanması bacarıqları;
  • Danışıqları aparmağı, bazar araşdırılması etməyi bacarmaq;
  • İnşaat norma və qaydalarını bilməsi;
  • Təşkilat və onun missiyasına yüksək sadiqlik;
  • Müstəqil işləmək bacarığı, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Elektron hökümət portalı ilə işləyə bilmə bacarığı;
  • İqtisadiyyat üzrə bakalavr dərəcəsi
  • Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi
  • Azərbaycan dili (əla),  inigilis və rus dillərini yaxşı səviyyədə
  • Microsoft Office (yaxşı), 

İş şəraiti:

  • İş rejimi: 5 günlük, 09:00-18:00
  • Əmək haqqı: müsahibə nəticəsində müəyyən olunacaq.
  • İşçi nahar, telefon danışığı təmin edilir.

CV-ləri “Tender üzrə mütəxəssis” başlığı ilə göndərməyiniz xahiş olunur.