Məhsul şöbəsinin məhsul meneceri

İşin təsviri

Əmək funksiyası:

  • Satışın artırılmasını təmin etmək üçün yeni məhsul ideyaları təqdim etməlidir;
  • Cari bazar tendensiyalarını və rəqibləri öyrənməklə, təhlil etməklə yeni məhsulun seqmentini müəyyən etməli, son istehlakçının ehtiyaclarını müəyyən etməklə istehlakçı portretini tərtib etməlidir;
  • Digər müvafiq şöbələrlə əməkdaşlıq edərək həmin şöbə rəhbərlərinin məhsul barədə fikirlərini, vizyonlarını toplamalıdır;
  • Məhsulun ümumi inkişaf istiqamətini hazırlamalıdır. Əsas tələblər göstərilməklə məhsulun spesifikasiyasını hazırlamalıdır;
  • Məhsulun hazırlanmasının və bazara çıxarılmasının  yol xəritəsini hazırlamalıdır;
  • Məhsulun yaradılmasında iştirak edən komandaların işinə nəzarət etməklə işin necə getdiyini, hansı problemlərin yarandığını, nələri yaxşılaşdırmaq lazım olduğunu bilməlidir;
  • Sınaq testini keçirməklə məhsulun effektivliyini qiymətləndirməli və ehtiyac olarsa təkmilləşdirmə imkanlarını tapmalıdr;
  • Çeşid strategiyasının hazırlanması prosesində iştirak etməli, təkliflər verməlidir;
  • Mövcud məhsul portfelini idarə etməli, portfelin gəlirliyinin artırılması üçün yeni marketinq üsullarının tətbiq edilməsini, müxtəlif aksiyaların hazırlanıb reallaşdırılmasını təmin etməlidir;
  • Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanmasında iştirak etməlidir.

Tələblər:

  • Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır