Head of Data and Analytics

  • PASHA Holding
  • Elanın qoyulma tarixi: 09.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

PASHA Holding invites candidates to apply for the Head of Data and Analytics position within the Data Office. In this pivotal role, you will be instrumental in driving data strategy and roadmaps for leading retail organization within the conglomerate, while spearheading the development and expansion of Data and Analytics capabilities. This position is crucial not only for establishing and evolving the Data Office in the retail organization but also for aligning its objectives with broader organizational growth and strategic goals.

In this dynamic role, you will be responsible for creating insightful business and customer analytics, uncovering novel ways to extract value from data, and fostering a culture of data-driven decision-making. Your leadership will guide the strategic use of data analytics to enhance business performance and inform critical decisions across the organization.

Job description:

  • Craft and implement a dynamic data and analytics strategy that is in sync with the business objectives of the retail organization.
  • Champion the use of data and analytics to drive business decisions, ensuring that the organization leverages data as a strategic asset.
  • Demonstrate strategic leadership by spearheading data-driven innovations and fostering a culture of data-driven decision-making across the retail organization.
  • Build, lead, and mentor a high-performing team of data analysts, data scientists, and other data professionals.
  • Provide visionary leadership in deploying advanced analytics, AI, and other data technologies to enhance the retail organization's operations. Continuously assess and improve data analytics practices, tools, and techniques to maintain industry-leading capabilities.
  • Drive the analysis of complex data sets to identify trends, insights, and opportunities in areas such as customer behavior, sales performance, supply chain optimization, and other fields relevant to the retail organization.
  • Present complex data findings in a clear and understandable manner to stakeholders at all levels, including executive leadership and the holding company.
  • Implement robust data governance practices. Oversee the management of data resources, ensuring data quality, accessibility, and compliance with relevant regulations.
  • Lead the development and maintenance of data platforms, data architectures, and other data technologies. Engage with external partners and vendors to explore and implement new data technologies and solutions.
  • Collaborate with other departments to ensure that the data team's work aligns with overall business objectives and contributes to the organization's success.
  • Foster a culture of continuous improvement and learning within the team, promoting data literacy across the organization.

Experience, Competencies and Skills Required:

  • A Bachelor’s or Master’s degree in Data Science, Statistics, Mathematics, Computer Science, Business Analytics, or a related field.
  • A minimum of 10 years of experience in data analytics, with significant experience in a leadership role, preferably within the retail sector or a similar dynamic environment.
  • Proven track record in developing and implementing data strategies and leading data-driven business transformation.
  • Proficiency in a range of analytics tools and technologies such as Python, SQL, Dataiku, Tableau, and PowerBI.
  • Experience with advanced analytics, AI, and big data technologies.
  • Strong understanding of data architectures, data structures, data models, and data warehousing strategies.
  • Demonstrated ability to lead, mentor, and develop a diverse team of data professionals.
  • Exceptional communication skills, with the ability to articulate complex data insights to a variety of stakeholders. Proven ability to collaborate effectively across different departments and with external partners.
  • A flexible, resilient team player with a positive attitude. Proven track record of working harmoniously with a wide range of colleagues, from data scientists to business leaders.
  • Fluency in Azerbaijani, English, and Russian is considered an advantage, enhancing the ability to communicate effectively in a diverse, multinational environment.

How to apply:

Interested candidates are requested to submit:

  • CV to e-mail;
  • Put “Head of Data and Analytics” in the subject line;
  • CVs should be sent by March 07, 2024

Attention: The candidates will go through initial CV screening review. Those candidates ONLY who succeeds based on CV screening will be contacted via email and/or phone and will be invited to interview.

 

PAŞA Holdinq Data Ofisi daxilində Data və Analitika rəhbəri vəzifəsinə təcrübəli namizədləri dəvət edir. Bu əsas rolda siz Data və Analitika imkanlarının inkişafı və genişləndirilməsinə rəhbərlik etməklə yanaşı, konqlomerat daxilində aparıcı pərakəndə satış təşkilatı üçün data strategiyası və yol xəritələrinin hazırlanmasında mühüm rol oynayacaqsınız. Bu mövqe təkcə pərakəndə təşkilatda Data Ofisinin yaradılması və inkişafı üçün deyil, həm də onun məqsədlərini daha geniş təşkilati inkişaf və strateji məqsədlərlə uyğunlaşdırmaq üçün çox vacibdir.

Bu dinamik rolda siz dərin biznes və müştəri analitikası yaratmaq, verilənlərdən dəyər çıxarmağın yeni yollarını açmaq və datalara əsaslanan qərar qəbuletmə mədəniyyətini inkişaf etdirmək üçün məsuliyyət daşıyacaqsınız. Rəhbərliyiniz biznes performansını artırmaq və təşkilat daxilində kritik qərarlar qəbul etmək üçün data analitikasının strateji istifadəsinə rəhbərlik edəcək.

İşin təsviri:

  • Pərakəndə satış təşkilatının biznes məqsədlərinə uyğun gələn dinamik datanın və analitik strategiyanın hazırlanması və həyata keçirilməsi;
  • Təşkilatın strateji aktiv kimi datadan istifadə etməsini təmin edərək, biznes qərarlarının qəbul edilməsində data analitikasından istifadənin təşviq edilməsi;
  • Dataya əsaslanan innovasiyalara rəhbərlik etməklə və pərakəndə satış təşkilatında datalara əsaslanan qərar qəbuletmə mədəniyyətini inkişaf etdirməklə strateji liderliyin nümayiş etdirilməsi;
  • Data mütəxəssisləri, analitiklər və data üzrə digər peşəkarlardan ibarət yüksək səviyyəli komandanın formalaşdırmılması, onlara rəhbərlik və mentorluq edilməsi;
  • Pərakəndə satış əməliyyatlarını təkmilləşdirmək üçün qabaqcıl analitika, süni intellekt (AI) və “big data” texnologiyalarının tətbiqində vizyoner liderlik nümayiş etdirilməsi;
  • Sektordakı aparıcı bacarıqları qoruyub saxlamaq üçün data analitikası üzrə təcrübələri, alətlərin və üsulların davamlı olaraq qiymətləndirilməsi və təkmilləşdirilməsi;
  • Müştəri davranışı, satış göstəriciləri və təchizat zəncirinin optimallaşdırılması kimi sahələrdə tendensiyaları, analitik məlumatları və imkanları müəyyən etmək üçün mürəkkəb data massivlərinin təhlilinin aparılması;
  • İcraçı rəhbərlik və holding daxil olmaqla, bütün səviyyələrdə maraqlı tərəflərə data əsasında aşkar edilən nəticələri aydın və başa düşülən şəkildə təqdim edilməsi;
  • Data idarə edilməsi üzrə etibarlı təcrübələrin tətbiq edilməsi; Data resurslarının idarə edilməsinə, dataların keyfiyyətinə, əlçatanlığına və müvafiq qaydalara uyğunluğuna nəzarət edilməsi;
  • Data platformalarının, verilənlər arxitekturasının və digər data texnologiyalarının işlənib hazırlanması və saxlanmasına rəhbərlik edilməsi;
  • Yeni data texnologiyalarının və həllərinin araşdırıması və həyata keçirmək üçün xarici tərəfdaşlar və təchizatçılarla əlaqə saxlanılması;
  • Data qrupunun işinin ümumi biznes məqsədlərinə uyğun olmasını və təşkilati uğura töhfə verməsini təmin etmək üçün digər departamentlərlə əməkdaşlıq edilməsi;
  • Təşkilat daxilində data biliklərini təşviq edərək, komanda daxilində davamlı təkmilləşdirmə və öyrənmə mədəniyyətinin inkişaf etdirilməsi;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Data elmləri (Data Science), statistika, riyaziyyat, kompüter elmləri, biznes analitikası və ya əlaqədar sahədə bakalavr və ya magistr dərəcəsi.
  • Əsasən pərakəndə sektorda və ya oxşar dinamik mühitdə liderlik rolunda əhəmiyyətli təcrübə ilə data analitikasında 10 illik təcrübə.
  • Data strategiyalarının işlənib hazırlanmasında və həyata keçirilməsində və verilənlərə əsaslanan biznes transformasiyasında sübut edilmiş təcrübə.
  • Python, SQL, Dataiku, Tableau və PowerBI kimi bir sıra analitik alətlər və texnologiyalarda bacarıq.
  • Qabaqcıl analitika, AI və böyük data texnologiyaları ilə təcrübə.
  • Data arxitekturaları, data strukturları, data modelləri və dataların saxlanması strategiyaları haqqında güclü anlayış.
  • Data mütəxəssislərindən ibarət müxtəlif komandaya rəhbərlik etmək, mentorluq etmək və inkişaf etdirmək bacarığı nümayiş etdirilmişdir.
  • Müxtəlif maraqlı tərəflərə mürəkkəb məlumat anlayışlarını ifadə etmək bacarığı ilə müstəsna ünsiyyət bacarıqları. Müxtəlif şöbələr və xarici tərəfdaşlarla effektiv əməkdaşlıq etmək üçün sübut edilmiş bacarıq.
  • Müsbət münasibətə malik çevik, dayanıqlı komanda üzvü. Data mütəxəssislərindən tutmuş biznes liderlərinə qədər fərqli həmkarları ilə ahəngdar işləmək təcrübəsi.
  • Azərbaycan, ingilis və rus dillərində səlis danışıq bacarığı müxtəlif, çoxmillətli mühitdə səmərəli ünsiyyət qurmaq bacarığını artıran üstünlük hesab edilir.

Müraciət etmə qaydaları: 

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Data və Analitika rəhbəri” qeyd olunmalıdır;
  • CV-lər 7 mart 2024-cü il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi

PASHA Holding tərəfindən digər vakansiyalar