İnkassator

İşin təsviri

İşin təsviri:

  • Nağd pul təhvil-təslimi zamanı inkassasiya prosesini müşayiət edən sənədləşmənin düzgünlüyünün yoxlanılması; 
  • Gün ərzində xəzinə üzrə mədaxil, məxaric, əməliyyatların aparılması; 
  • Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata icazə verən, o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi; 
  • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesabatının aparılması; 
  • Kart satış köşklərinin pul vəsaiti və rulon kağızı ilə doldurulmasını, eyni zamanda şəhərətrafı elektrik qatarları kassirlərini pul vəsaiti və rulon kağızı ilə təmin etməsi;
  • Şəhərətrafı bilet kassirlərində kart satışı köşklərində lazımi miqdarda kağız və xırda pul ehtiyatınının olmasını nəzərdə saxlayır; 
  • Bilet satışı köşklərindən pul vəsaitini və hesabatların çıxarılmasını vaxtaşırı olaraq təmin edir, aşkar olunmuş kənarlaşma qüsur və nasazlıqlar barədə aiddiyatı yerə məlumat verir; 
  • Gün ərzində satış məntəqələrindən yığılan pul vəsaitlərinin təhvil alınması; 
  • Müfaviq işlərlə bağlı sənədlərin təhvil-təslimi.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali;
  • Müvafiq sahə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;

Tələb olunan funksional keyfiyyət meyarları:

  • Etibaryataratma;
  • İntizamlılıq;
  • Diqqətlilik.

İş vaxtının norması: Növbəli 

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər 11.02.2024 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.