İşə qəbul üzrə mütəxəssis

  • Edu Company
  • Elanın qoyulma tarixi: 06.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər: 

  • Təhsil: Ali təhsil;
  • Təcrübə: İşə qəbul sahəsində 2 – 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis və Rus dili arzuolunandır;
  • Təhsil sahəsində iş təcrübəsi arzuolunandır;
  • Yaxşı səviyyədə MS Excel bilikləri;
  • Rekrutment sahəsi üzrə müxtəlif praktikalar, metodologiya və axtarış kanalları üzrə biliklər və təcrübə;
  • Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
  • Analitik düşüncə və problem həlletmə bacarığı;
  • Deleqasiya etmə bacarığı;
  • İnternet resurslarından yaxşı istifadə etmə bacarığı;
  • ARƏM bilikər;

Vəzifə öhdəlikləri:;

  • İşçi tələblərinə əsasən müvafiq elanların hazırlanmasını icra edir;
  • Potensial namizədləri müəyyən etmək, onlarla əlaqə yaratmaq və istedadları cəlb etmək üçün müxtəlif mənbələrdən daxili və xarici kanallardan istifadə edir:
  • Vakansiyalara uyğun namizədlərin seçilməsini, ilkin müsahibələrin və test mərhələlərinin təşkil edilməsini, müsahibə nəticələri barədə namizədlərin məlumatlandırılmasını təmin edir;
  • Yeni və təkmilləşdirilmiş işə qəbul strategiyaları hazırlayır;
  • Mövcud işə qəbul prosedurlarını nəzərdən keçirir və zərurət olduqda yeniləyir;
  • İşə qəbul prosesləri zamanı yaranan problemləri müəyyən edir;
  • Gələcəkdə yarana biləcək işə qəbul ehtiyaclarını planlaşdırmaq üçün struktur rəhbərləri ilə sıx əlaqədə olur;
  • Karyera sərgilərində və əmək yarmarkalarında iştirakı təmin edir;
  • Müxtəlif hesabatlar hazırlayaraq rəhbərliyə təqdim edir.

İş şərtlərimiz:

  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında;
  • İş qrafiki : 6 günlük ( Şənbə günü qısaldılmış iş günü )
  • İş yeri; Elmlər Akademiyası metro stansiyasının yaxınlığı
  • Şirkət hesabına korporativ nömrə.