Korporativ satış üzrə mütəxəssis

  • Xalq Sığorta
  • Elanın qoyulma tarixi: 02.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan bilik və bacarıqlar:

  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;      
  • Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus dili -əla; ingilis dili–arzuolunandır;
  • Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (sığorta sahəsində iş  təcrübəsi arzuolunandır);
  • Sərbəst araşdırma qabiliyyəti, analitik düşünmə, komandada işləmək bacarığı və məsuliyyətlilik;
  • Nəticəyə əsaslanma, İdarəetmə qabiliyyətli, müştəri yönümlülük, inam yaratma bacarığı;
  • Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • Bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
  • Kommersiya təkliflərinin hazırlanması;
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq  dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
  • Satışların artırılması məqsədi ilə şirkətin təklif etdiyi xidmətlərin təqdimatını həyata keçirilməsi;
  • Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
  • Xidmətlərin satışına aid sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (08:30-17:30);
  • İş yeri: Bakı şəhəri 
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Korporativ satış üzrə mütəxəssis) qeyd edərək, elektron ünvanına göndərilməsi xahiş olunur.   

İşəgötürənin reytinqi