İnzibati köməkçi

İşin təsviri

Əsas vəzifə öhdəlikləri

  • Ofisdə kargüzarlıq və inzibati işlərdə bütün işçi heyətinə dəstək;
  • Daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq, icra müddətinə nəzarət etmək;
  • Sənədləri arxivləşdirmək;
  • Aidiyyatı üzrə sənədləri təqdim etmək;
  • Dəftərxana ləvazimatların sifarişini və paylanmasını təmin etmək, onların dövriyyəsini nəzarətdə saxlamaq;
  • Bütün logistic işlərə məsul olmaq;
  • Satınalma qaydalarına uyğunluğu təmin etmək;
  • Tədbirlərin təşkilində işçi heyətinə dəstək olmaq.

Tələb olunan bacarıqlar:

  • Effektiv şifahi ünsiyyət qurmaq və dinləmək bacarığı;
  • Effektiv təşkilati bacarıqlar;
  • Effektiv yazılı ünsiyyət bacarığı;
  • Kompüter bacarıqları, o cümlədən internet, elektron cədvəllər və mətn emalı üzrə proqramlar və yüksək təcrübi səviyyədə elektron poçtdan istifadə;
  • Vaxtın idarə olunması üzrə bacarıqlar;
  • Çox saylı tapşırıqların idarə edilməsi üzrə mükəmməl bacarıqlar;

Yanaşma:

  • Xoş, nəzakətli və səbirli yanaşma;
  • Cavabdeh, etibarlı və məsuliyyətli olmaq;
  • Təfərrüatlara diqqət yetirmək və yüksək səviyyədə dəqiqlik;
  • Keyfiyyət barədə məlumat;
  • Planla işləmək və artıq vaxt itkisinə yol verməmək.

Digər Tələblər:

  • Ali təhsil arzuolunandır
  • İnzibati işlərin yerinə yetirilməsində ən az 1 il iş təcrübəsi arzuolunandır
  • Azərbaycan dili (sərbəst), ingilis dili (yaxşı), rus dili (arzuolunandır)

İş üçün ərizələri/müraciətləri tərcüməyi hal (CV) ilə bərabər 12 fevral 2024-cü il tarixinədək aşağıdakı email vasitəsilə göndərə bilərsiniz.

Qeyd: CV-nizi təqdim edən zaman müraciət etdiyiniz vəzifəni qeyd edin. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Azerbaijan Micro-finance Association tərəfindən digər vakansiyalar