Təlimçi (xidmət müqaviləsi)

İşin təsviri

Layihə haqqında qısa məlumat:

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) əsas icraçısı olduğu və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi “USAID Gələcəyin Assosiasiyaları” layihəsi AMFA, “Finance and Social İnnovation Consulting” (FSIC) və Əlil Təşkilatları İttifaqı (ƏTİ) daxil olmaqla yerli və beynəlxalq təşkilatların Konsorsiumu tərəfindən həyata keçirilir.

AMFA-nın əsas icraçısı olduğu Konsorsium yerli assosiasiyalara üzvlərə daha yaxşı xidmət göstərmək üçün öz fəaliyyətlərini təkmilləşdirməyə imkan yaradacaq. Layihə Azərbaycanda biznes və peşəkar assosiasiyaların bacarıqlarını artıraraq, ölkənin iqtisadi inkişafında rolunu gücləndirməyi hədəfləyir. 

Təlimçinin vəzifə öhdəlikləri:

  • Təlim proqramının iştirakçıları ilə çalışaraq onların təlim ehtiyaclarını müəyyənləşdirmək;
  • Təlim ehtiyaclarının əsasında təlim proqramını hazırlamaq;
  • Təlim materiallarını (təlim modulu, gündəlik, təqdimat, tapşırıqlar, paylama vərəqələri və sair) Azərbaycan dilində hazırlamaq;
  • Müxtəlif təlim metodlarından istifadə edərək assosiasiyaların işçi heyəti üçün təlimləri təşkil etmək;
  • Təlimdən əvvəl və sonra sorğular vasitəsi ilə təlim iştirakçılarının  bilik səviyyələrini qiymətləndirmək, təhlil etmək və müvafiq hesabat hazırlamaq;
  • Təlimin effektivliyini və təsirini qiymətləndirmək üçün iştirakçılardan rəy toplamaq;
  • Təlim proqramının iştirakçıları üçün nəticə və müddətləri özündə ehtiva edən şəxsi fəaliyyət planlarının hazırlanmasına dəstək göstərmək;
  • Fəaliyyətlərin icra müddətində təlim proqramının iştirakçılarına əyani və virtual qaydada texniki dəstək göstərmək və zəruri məsləhətlər vermək;
  • Təlim proqramına dair yekun hesabatın hazırlanması.

Namizədə dair tələblər:

  • Müvafiq sahədə  ali təhsil;
  • Təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi üzrə bacarıq və minimum 3 il təcrübə;
  • Təlim ehtiyaclarının müəyyən edilməsi üzrə bacarıqlar;
  • Auditoriya ilə iş və onun idarəolunması ilə bağlı bacarıq və təcrübə;
  • Mentorluq və kouçinq sahəsində təcrübə;
  • Tədqiqat metodları üzrə xüsusi biliklər;
  • İdarəetmə və analitik qabiliyyətlər

Müraciət qaydası:

Göstərilən tələblərə cavab verən namizədlər öz tərcümeyi halını (CV) 4 noyabr 2022-ci il tarixinə kimi elektron ünvanına göndərə bilərlər. Emailin ad (başlıq) hissəsində “Təlimçi” qeyd olunması xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]  

Azerbaijan Micro-finance Association tərəfindən digər vakansiyalar