İşin təsviri
Vəzifəyə aid qoyulan tələblər:
- Təhsil: Orta və Ali;
- Yaş: 20-35;
- Satış sahəsində 1 ildən artıq iş təcrübəsi;
- MS Office proqramlarını bilməsi üstünlük;
- Azərbaycan dili yaxşı, Rus dili üstünlük.
Öhdəliklər:
- Proqram təminatı şöbəsinin müdirinin rəhbərliyi altında cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işlərin yerinə yetirilməsi;
- Müştərilər barədə informasiyaların (Müştərilərin rekvizitləri, əlaqə vasitələri, hüquqi və faktiki ünvanları) toplanması və müştəri bazasına qeyd edilməsi;
- Müəssisənin təqdim etdiyi mal və ya xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştərilərin məlumatlandırılması;
- Müştərilər tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Malların müştəriyə çatdırılmasının təmin edilməsi;
- Rəhbərlik tərəfindən tətbiq olunan digər hesabatların dəqiq və vaxtında hazırlanması.
Şəxsi keyfiyyətlər:
- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
- Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı;
- Kollektivlə işləyə bilməli.
Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma yolu ilə (satışdan əlavə bonusla);
- İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Proqram təminatı satışı üzrə mütəxəssis” sözünü qeyd edərək e-ünvanına göndərsinlər.