Proqram təminatı satışı üzrə mütəxəssis

  • Caspos MMC
  • Elanın qoyulma tarixi: 22.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə aid qoyulan tələblər

  • Təhsil: Orta və Ali;
  • Yaş: 20-35 ;                      
  • Satış sahəsində 1 ildən artıq iş təcrübəsi;                                                   
  • MS Office proqramlarını bilməsi üstünlük; 
  • Azərbaycan dili yaxşı, Rus dili üstünlük.

Öhdəliklər: 

  • Proqram təminatı şöbəsinin müdirinin rəhbərliyi altında cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işlərin yerinə yetirilməsi; 
  • Müştərilər barədə informasiyaların (Müştərilərin rekvizitləri, əlaqə vasitələri, hüquqi və faktiki ünvanları) toplanması və müştəri bazasına qeyd edilməsi;
  • Müəssisənin təqdim etdiyi mal və ya xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştərilərin məlumatlandırılması;
  • Müştərilər tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Malların müştəriyə çatdırılmasının təmin edilməsi;
  • Rəhbərlik tərəfindən tətbiq olunan digər hesabatların dəqiq və vaxtında hazırlanması.

Şəxsi keyfiyyətlər:

  • Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;   
  • Məsuliyyətli və təşəbbüskar olmalı;
  • Diqqətli və punktual olmalı;                                                                                                                               
  • Kollektivlə işləyə bilməli.

Əlavə məlumatlar:

  • Əmək haqqı: Razılaşma yolu ilə (satışdan əlavə bonusla);
  • İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00 
  • Korporativ nömrə və danışıq balansı                                                 
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində“Proqram təminatı satışı üzrə mütəxəssis” sözünü qeyd edərək e-ünvanına göndərsinlər