Tikinti İşləri üzrə Texniki Nəzarətçi

İşin təsviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçiriləcək “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində tikinti işləri üzrə texniki nəzarətçi vəzifəsi üzrə

MÜSABİQƏ ELAN EDİLİR

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

• İnşaat mühəndisliyi və ya memarlıq sahələri üzrə ali təhsil; 
• Tikintiyə nəzarət vəzifəsi üzrə ən azı beş illik iş təcrübəsi;  
• Planlaşdırma, sənədlərin hazırlanması, təmir-tikinti işlərinin əlaqələndirilməsi sahəsində təcrübə;
• Dünya Bankının, yaxud digər beynəlxalq təşkilatların mallar və xidmətlərin satınalınması  üzrə prosedurları ilə tanış olan namizədlərə üstünlük verilir;
• İngilis dili bilgisi olan namizədlərə üstünlük verilir;
• Ofis proqramları, inşaat mühəndisliyi və ya memarlıqla əlaqədar proqram təminatı üzrə yüksək kompüter vərdişləri üstünlük hesab edilir.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və ingilis dillərində tərcüməyi-hallarını aşağıdakı elektron ünvana təqdim etməlidirlər: [email protected]

Maraqların ifadəsi üzrə bildiriş C.1/3.4-MX

Sənədlər 27 yanvar 2013-cü il saat 18:00-dək qəbul edilir.