Aparıcı mühasib

  • Shahbulag Mining
  • Elanın qoyulma tarixi: 24.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının fasiləsiz uçotunun təşkil edilməsi;
  • Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
  • Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi;
  • Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar;
  • Qərarlar qəbul etmək və üzərinə məsuliyyət götürmək, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı.
  • Dəqiqlik, məntiqi və analitik düşünmə tərzi, təşəbbüskarlıq, çalışqanlıq, dürüstlük, komandanı idarə etmək və komandada işləmək bacarığı.

Namizədə dair tələblər:

  • Ali təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
  • Müvafiq sahə üzrə ən az 5 il iş təcrübəsi;
  • Word və Excel proqramlarını yaxşı bilmək;
  • 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
  • Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.

İş barədə məlumat:

  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun iş şəraiti;
  • İş rejimi – Beş günlük; (istirahət vaxtı – şənbə və bazar günü)
  • Nahar – Şirkət tərəfindən təmin edilir;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 
  • Sığorta:  İcbari

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə e-mail ünvanına göndərilməsi xahiş olunur.