SƏTƏM üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstehsalatda əməyin mühafizəsi işini təşkil etmək və əlaqaləndirmək;
  • İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək; 
  • İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
  • İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək; 
  • Yeni işə qəbul olunanlara əməyin mühafizəsi üzrə giriş təlimatlarını keçmək;
  • Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları haqqında mütəmadi təlimlərin keçirmək; 
  • Təxliyyə planının hazırlanmasında iştirak etmək və işçilərə bu barədə təlimat keçirmək;
  • İşçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək; 
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək; 
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək; 
  • Qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək; 
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək;
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
  • Mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq; 
  • Cəmiyyətin daxili intizam qaydalarına riayət etmək; 
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali;
  • Müvafiq sahə üzrə ən azı 2-3  il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office (yaxşı);
  • Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
  • Texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları bilməli; 
  • Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını bilməli; 
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına dair biliklərə sahib olmalı
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.

İş barədə məlumat:

  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun iş şəraiti;
  • Nahar – Şirkət tərəfindən təmin edilir;
  • İş yeri: Ağdam şəhəri, Şahbulag kəndi 
  • Əmək haqqı: 1300 AZN 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərilməsi xahiş olunur. 

Shahbulag Mining tərəfindən digər vakansiyalar