Marketing meneceri

  • Nutrient
  • Elanın qoyulma tarixi: 23.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Satış strategiyasının qurulması, bazar araşdırmasının aparılması;
  • Satışın təşkil və təmin olunmasında satış komandasının qarşısında yarana biləcək problemlərin aradan qaldırılması;
  • Qrup rəhbərlərinə preparatlar haqqında müvafiq treninqlərin keçirilməsi;
  • Bazarda olan konkurentlərlə müqayisədə şirkətin satışının analitik təhlilinin depolarla, apteklərlə, satış komandası ilə birgə fikir mübadiləsinin aparılması;
  • İstehsalın və məhsulun reallaşdırılmasının perspektiv və cari planlarının tərtibində, yeni satış bazarlarının və məhsulun yeni istehlakçılarının müəyyən edilməsində Marketinq komandasının iştirakının təmin edilməsi;
  • Müvafiq şöbələrlə birgə marketinq, reklam və ictimaiyyətlə əlaqələr üzrə tədbirlər planının və illik büdcəsinin hazırlanmasında iştirak edilməsi;
  • İndiki və gələcək bazar tendensiyasının təyin edilməsi və qiymətləndirməklə hazırkı və gələcək məhsullara təsir göstərilməsi;
  • Bazarın inkişaf statistikasının analizinə uyğun olaraq mövcud olan məhsulların istifadəsinin inkişaf edilməsi; məlumatın əldə edilməsi və analiz edilməsi; daxili və xarici  mənbələrdən istifadə edilməsi;
  • Hər məhsulun marketinq planı və proqramlarını inkişaf etdirərərək bazarda pay əldə edilməsi, təşviqat kompaniyasının istiqamətləndirilməsi;
  • Aylıq hesabatların hazırlanması;
  • Zəruri qısa və uzunmüddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsinin verilməsi;
  • Bazarın real və potensial alıcılarının tələbatının ödənilməsinə yönəlmiş araşdırmaların aparılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 5 ildən yuxarı iş təcrübəsi; 
  • Yaş: 45 yaşadək namizədlərə üstünlük verilir.
  • Müəssisə üzrə kommersiya sirri hesab olunan məlumatların məxfiliyini təmin etməli,
  • Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili və İngilis dili üstünlükdür;
  • Komputer bilikləri: Word, Excel, Outlook proqramlarını mükəmməl bilməli;

Peşəkarlıq tələbləri: 

  • Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
  • Dəqiqlik və sənədlərlə düzgün işləmə bacarığı;
  • Müştərilərlə əlaqə qurma bacarığı;
  • İdarəetmə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və dürüstlük.

İş qrafiki və əmək haqqı:

  • Əmək haqqı: İş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə 
  • İş rejimi:  I-V günlər, 09:00-dan 18:00-a kimi.

İş yeri: Bakı şəhəri, Nərimanov r-nu, “Çinar Park” Biznes Mərkəzi.

Nutrient tərəfindən digər vakansiyalar