Təchizat/Anbar meneceri

  • Nutrient
  • Elanın qoyulma tarixi: 23.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, müəssisənin xərclərinin minimuma endirilməsini təmin etmək;
  • Tender prosesinin təşkili və idarə edilməsi, müvafiq şöbələrdən əldə edilən məlumatlara əsasən tender sənədlərinin hazırlanması, tender sənədlərinin tədarükçülərə çatdırılması, təkliflərin alınması və cavablandırılması;
  • Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər görmək;
  • Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlıq etmək;
  • Maddi qənaət əldə etmək üçün müqavilə, kəmiyyət endirimi və qiymət öncəsi satınalma artımı vasitəsilə satınalma konsepsiyaları təklif etmək və həyata keçirmək;
  • Təsərrüfat üzrə təmir və texniki xidmət üçün sifarişləri qəbul etmək və vaxtında çatdırılmasına nəzarət etmək;
  • İstifadə üçün nəzərdə tutulmuş bütün məhsullar haqqında məlumatların dəqiq qeydiyyatını aparmaq;
  • Fəaliyyət avadanlıqları və təchizat üzrə illik tələbləri koordinasiya etmək;
  • Böyük layihələrlə bağlı satınalmaları koordinasiya etmək;
  • Məhsulun qiymətləndirilməsi, rotasiyası, inventarizasiya səviyyələri, həmçinin, anbar sahəsinin sanitariyasını təmin etməklə prosedur təlimatlarında göstərilənlərə uyğun olaraq qəbul, sənədləşdirmə, saxlama və paylama proseslərinə nəzarət etmək;
  • Gömrük ve vergi qanunvericiliyini nəzərə alınaraq gömrük sənədləşdirilməsinin aparılması və nəzarəti;
  • Malları gömrükdən keçirərək, tələb olunan vergi rüsumlarının ödənilməsi, əlaqədar sənədləşmələrin aparılmasının təşkili və nəzarəti;
  • Logistik ehtiyac analizinin aparılması və PL xidmət formasının seçilməsi; 
  • Anbardakı malların depolara, apteklərə çatdırılması, təhvil verilməsi və sənədləşdirilməsi;
  • Anbara yığılan hazır məhsulun qorunub saxlanılmasını, saxlama rejiminə riayət edilməsini, mədaxil və məxaric kimi sənədlərin verilməsi və rəsmiləşdirmə qaydalarının təmin edilməsi;
  • Hazır məhsulun saxlanılmasının və buraxılışının, onların yerləşdirilməsinin, anbar sahəsindən səmərəli istifadəsinin təmin edilməsi;
  • Anbarda yükləmə və boşaltma işlərinin normalara müvafiq təşkilinin təmin edilməsi;
  • Texniki təhlükəsizlik qaydalarının əməl edilməsinə nəzarət;
  • Aylıq, rüblük, illik anbar hesabatların hazırlanmasının təşkili;
  • Tələb olunan saxlanma şəraitinin yaradılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi;
  • MS Office (Word, Excel, PowerPoint), 1C proqramlarını mükəmməl bilməli, SAP və LOGO proqramlarını bilməyi üstünlükdür;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması təcrübəsi;
  • Azərbaycan, Rus və İngilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
  • Səlist və aydın nitq, fikrini düzgün idarəetmə qabiliyyəti;
  • Danışıqların aparılması bacarığı;
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları;
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
  • Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;
  • İşgüzar və məsuliyyətli.

Peşəkarlıq tələbləri:

  • Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
  • Dəqiqlik və sənədlərlə düzgün işləmə bacarığı;
  • Müştərilərlə əlaqə qurma bacarığı;
  • İdarəetmə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və dürüstlük.

İş qrafiki və əmək haqqı:

  • Əmək haqqı: İş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə;
  • İş rejimi:  I-V günlər, 09:00-dan 18:00-a kimi.

İş yeri: Bakı şəhəri, Nərimanov r-nu, “Çinar Park” Biznes Mərkəzi.

Nutrient tərəfindən digər vakansiyalar