İşin təsviri
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr
- Komputer bilikləri: MS Office – Yaxşı;
- Təcrübə: İnsan Resursları sahəsi üzrə ən azı 4 il iş təcrübəsi;
- İnsan resurslarının idarə edilməsi üzrə (xüsusi ilə kadr kargüzarlıq, işə qəbul, təlim və inkişaf modulları) nəzəri və praktiki biliklər;
Fərdi keyfiyyət göstəriciləri:
- Diqqətlilik;
- İntizamlılıq;
- Yüksək kommunikasiya;
- Yenilikçi və proaktiv yanaşma;
- Komanda işi;
- Keyfiyyət yönümlülük;
- Məqsəd yönümlülük;
- Nəticə yönümlülük;
- Araşdırma, təhlil, müqayisə və qərar vermək;
Digər tələb və üstünlük göstəriciləri:
- Dil bilikləri: İngilis və rus dilləri – üstünlükdür;
İş barədə:
- İşə qəbul, işdən azad edilmə, məzuniyyət, intizam tədbirləri, və s. proseslərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsinin təşkili və nəzarəti;
- İşə qəbul prosesinin koordinasiyası və təşkili;
- İşə qəbul testlərinin həyata keçirilməsi;
- Namizədlərlə müsahibələrin təşkili, referansların alınması;
- Fəaliyyət sahəsi ilə bağlı hesabatların hazırlanması;
- Təlimlərin koordinasiyası və təşkili;
- Təlim ehtiyaclarının monitorinq edilməsi və müəyyənləşdirilməsi;
- İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planının hazırlaması və icra edilməsi;
- Təlim tələblərinə uyğun daxili və xarici təlimçilərin (təlim mərkəzlərinin) araşdırılması və cəlb edilməsi;
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İR üzrə baş mütəxəssis” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.