Korporativ və KOS Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 22.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • KOS və Korporativ müştərilərdən daxil olan zənglərin vaxtında və keyfiyyətli cavablandırması; 
  • Müxtəlif rəqəmsal və alternativ kanallardan daxil olan sorğuların əsasında Bankda istifadə olunan müxtəlif proqram təminatı vasitəsilə əməliyyatların icra edilməsi;
  • Şikayət və təkliflər ilə iş: qeydiyyat , monitoring və müştərilərə məlumatların təqdim edilməsi;
  • Şöbənin bütün funksiyalarının müvafiq daxili və xarici qaydalara  uyğun olaraq icra edilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Ali təhsil (İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili arzuolunandır);
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il;
  • Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta);
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word);
  • Məhsul üzrə biliklər: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq;
  • Başqa tələblər: Güclü ünsiyyət bacarığı, müştərilərlə danışma qabiliyyəti, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı. 

İşəgötürənin reytinqi