Biznes kreditləri üzrə mütəxəssis

  • PSG Finans BOKT
  • Elanın qoyulma tarixi: 16.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəliklər:

  • BOKT-un kredit məhsulları barədə müştərinin məlumatlandırılması. 
  • Hüquqi və fiziki şəxslərin kredit müraciətlərinin qəbulu, təhlili və sənədləşdirilməsi 
  • Müraciətlərin BOKT-un kredit komitəsinə çıxarılması və müdafiəsi 
  • Müştərilərlə kredit, girov və digər müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi 
  • BOKT-a perspektiv müştərilərin cəlb edilməsi, keyfiyyətli kredit portfelinin formalaşdırılması 
  • Kredit və girovların monitorinqinin həyata keçirilməsi. 

Tələblər:

  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Ali təhsil (iqtisadiyyat sahəsi üzrə) 
  • Biznes krediti mütəxəssisi kimi ən azı 1 illik iş təcrübəsi 
  • Kredit verilməsi barədə nəzəri və praktiki biliklərə malik olma 
  • İnsanlarla ünsiyyət qurma bacarığı 
  • Hesabatların hazırlanması, dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma. 
  • Analitik qabiliyyət. 
  • MS Office proqramlarında işləmə bacarığı

 İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə); 

 Nahar 13:00-dan 14:00-dək

Əlaqə nömrəsi +994555004782

CV-lər göndərilərkən e-mailin mövzu hissəsində vəzifə adı qeyd edilməlidir.