Mühəndis

  • Twins Group
  • Elanın qoyulma tarixi: 15.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ərazi: Laçın

Vəzifə öhdəliyi:

  • Layihə əsasında həcmlərin hesablanması (ümumi inşaat);
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi;
  • Görülən iş üzrə smetaların tərtib olunması;
  • Hazırlanmış smetaya Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə uyğun olaraq nəzarətin həyata keçirilməsi;
  • Zərurət olduqda smeta əsasında yerinə yetirilmiş aylıq tikinti-quraşdırma işlərinin Aktı (Forma №2) hazırlanması;
  • Forma №2 əsasında texniki hesabatların tərtib olunması;
  • Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsində iştirak edilməsi;
  • Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması;
  • Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması.

Namizədlərə tələblər:

  • Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
  • Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
  • Smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Təminatlar: 

  • Koporativ nömrə müəssisə tərəfindən qarşılanır.
  • Qidalanma 3 dəfə və qalma şirkət tərəfindən qarşılanılır.
  • Əmək haqqı: 1000-1200 azn

Vakansiyaya uyğun namizədlər CV-lərini “Mühəndis” başlıqı ilə e-mail ünvanına göndərə bilər.