İnzibati işlər üzrə mütəxəssis (Kiçik və Aparıcı hüquqşunas, Kredit şöbəsi, Problemli kreditlər bölməsi)

  • BOKT AzKredit ASC
  • Elanın qoyulma tarixi: 11.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəlikləri:

  • Şöbə müdiri tərəfindən verilən tapşırıqların icra edilməsi;
  • Regional işçilərdən hesabatların yığılaraq Şöbə müdirinə təqdim edilməsi;
  • Bank işinə dair hesabatların, standart rəsmi sənədlərin, poçt göndərişlərinin, maliyyə məlumatlarının işlənməsi, hazırlanması;
  • Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin, iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin tərtib edilməsi;
  • Daxil olan sənədlərin şöbə işçilərinə göndərilməsi və ümümi kargüzarlıq işinin təşkili

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Ali təhsil (hüquq, iqtisadi, maliyyə), hüquq təhsili olanlara üstünlük veriləcək
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;
  • Kompüterdə (Outlook, MS Word, Excel) yüksək səviyyədə işləmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Tələbkarlıq, Təşəbbüskarlıq, səmimiyyət, dözümlülük kimi müsbət göstəricilərə malik olmaq;
  • Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
  • Təşkilatın missiyasına sadiqlik.

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini 11 fevral 2024-cü il tarixinədək e-mail vasitəsilə təqdim etsinlər. 

E-məktubunuzun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Nümunə: İnzibati işlər üzrə mütəxəssis (Kiçik və Aparıcı hüquqşunas) göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.