Daxili Auditor

  • TBC Kredit
  • Elanın qoyulma tarixi: 10.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Daxili auditin əhatə dairəsini müəyyən etmək;
  • Təşkiatdakı maliyyə, idarəetmə və əməliyyatların vaxtında, dəqiq, qanunverici normativlərə və daxili prosedurlara uyğun olub-olmamasını müəyyən etmək;
  • Boşluqları aşkar etmək və risklərin qarşısının alınması üzrə tədbirləri tövsiyə etmək;
  • Mühasibat sənədlərini, əvvəlki hesabatları, məlumatları, sxemləri və s. qəbul etmək, təhlil etmək və qiymətləndirmək;
  • Auditin nəticələrini, sənədləşmə prosesini əks etdirən hesabatları hazırlamaq və təqdim etmək.

Namizəddən gözləntilərimiz:

  • Təhsil: İqtisadiyyat (maliyyə, audit, mühasibat uçotu və s.) üzrə ali təhsil
  • Dil bilikləri: Azərbaycan dili-mükəmməl, ingilis və ya rus dillərindən birində mükəmməl yazılı və şifahi ünsiyyət qabiliyyəti
  • İT bilikləri: MS Ofis proqramları üzrə biliklər, MS Excel proqramında mükəmməl işləmə bacarığı
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi  

Son müraciət tarixi 10.02.2024-cü il

 

Zəhmət olmasa, CV-nizi, email-in mövzu hissəsində vəzifənin adını qeyd etməklə e-mail ünvanına göndərin. Yalnız vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün, müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın.

İşəgötürənin reytinqi