Anbar Meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Anbardar müxtəlif material qiymətlilərinin – yanacaq, xammal, yarımfabrikatlar, hazır məhsul, detallar, alətlər, əşyalar və s. müəssisə daxili prosedur qaydalarına əsasən düzgün qəbulunun, saxlanılmasının və anbarlardan buraxılmasının təmini və nəzarətin həyata keçirilməsi;
  • Elektron (müəssisədə daxili istifadə edilən proqram təminatı üzrə) və fiziki olaraq kağız daşıyıcı üzərindən rəşmiləşdirilmə qaydalarına və mədaxil-saxlama-məxaric sənədlərinin icrasının təmini və düzgün qaydada riayət edilməsinin nəzarətinin həyata keçirilməsi;
  • Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğun olmasına və sifarişlər uzrə komplektləşdirilməsinə nəzarət edir;
  • Anbarlara minimal qalıq miqdarlarının müəyən edilməsi (yenidən sifariş nöqtəsi), minimal anbar qalıqları əsasında anbar qalıqlarının daimi təmini və nəzarətdə saxlanılması;
  • Anbarlarda SƏTƏM üzrə tələblərin riayyət edilməsinin təmini və nəzarətdə saxlanılması. Yanğın təhlükəsizliyi üzrə ləvazimatların və yanğında mühafizə sisteminin olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtı-vaxtında təmir edilməsinə nəzarət edilməsi;
  • Anbarda əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl edilməklə yükləmə-boşaltma və yerləşdirmə işlərinin aparılmasının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi;
  • Anbardarlar tərəfindən aylıq sayımların aparılmasının və aktlaşdırılmasının təmini və nəzarətin həyata keçirilməsi;
  • Əmtəə-maddi sərvətlərin müəssisə daxili müvafiq əmrə(lərə) əsasən inventarlaşdırılmasının aparılmasında iştirak edilməsi;
  • Nasaz alətlər, cihazlar və s. ucun qusur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların catışmazlığı və korlanması barədə aktların düzgün tərtib edilməsinə nəzarət edir;
  • Bölmə (sahə) işçilərinə rəhbərlik edilməsi, işçilərin səriştəliyinin artırılması ilə bağlı daimi təhlillərin aparılması və inkişaf istiqamətli işlərin təşkil edilməsi,
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq Şirkət rəhbərinə hesabatlar və səmərələşdirici təkliflərin hazırlayıb təqdim edilməsi.

Namizədə aid tələblər:

  • Müvafiq sahə üzrə rəhbər vəzifəsində 3 il iş təcrübəsi;
  • ERP bazasında (1C, Logo Tiger və s. kimi) iş təcrübəsi;
  • Fəaliyyəti ilə əlaqədar biznes proseslərin və prosedur qaydalarının tərtib edilməsini bacarmalı;
  • Effektiv qərarvermə bacarığı;
  • Heyətin motivə edilməsi və idarəedilməsi üzrə bacarıqlar;
  • Yalnız və komanda ilə effektiv işləmə, ünsiyyət və planlama bacarıqları.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Könüllü tibbi sığorta təminatı;
  • Korporativ nömrə;
  • Nahar şirkət tərəfindən verilir;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.