Satınalma üzrə mütəxəssis

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 09.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Sığorta şirkətinin ehtiyacları üçün tələb olunan malların və xidmətlərin şirkətin Satınalma prosedur və qaydalarına uyğun olaraq alışının həyata keçirilməsi;
  • Elektron platformada tender və kotirovka müsabiqələrinin keçirilməsi;
  • Təchizatçı şirkətlərdən qiymət təkliflərinin alınması, təhlilinin apraılması və optimal təkliflərin rəhbərliyə təqdim olunması;
  • Müqavilələrin hazırlanması, təsdiqlədilməsi və aidiyyatı strukturlara təqdim edilməsi;
  • Sənədlərin operativ qeydiyyatının aparılması;
  • Təchizatçılar tərəfindən hesabların vaxtında təqdim edilməsinə nəzarət, hesabların yoxlanışının həyata keçirilməsi və ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət;
  • Öz fəaliyyəti ilə bağlı dövri hesabatları hazırlaması;
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətli şəkildə icrası.

Biliklər və bacarıqlar (Tələblər):

  • Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan, rus və ingilis dilində sərbəst işgüzar danışıq bacarığı;
  • MS Office proqram təminatı  paketi xüsusi ilə də MS Exceldə sərbəst işləmək bacarığı;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Dəqiqlik;
  • Təşəbbüskarlıq;
  • Məsuliyyətlilik və hesabatlılıq;
  • Analitik düşüncə qabiliyyəti;
  • İTC mal və xidmətləri alışı üzrə təcrübənin olması.

Son müraciət tarixi: 31.01.2024

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin. 

İşəgötürənin reytinqi