Marketinq üzrə Aparıcı/Baş Mütəxəssis (Data əsaslı)

  • Premium Bank
  • Elanın qoyulma tarixi: 07.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Müvafiq məhsul və xidmətlərlərin təkmilləşdirilməsi üçün mütəmadi bazar araşdırması (rəqib analizi) aparılması;
  • Statistikaların izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırması üçün təkliflər irəli sürmək;
  • Sosial Media Marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Sosial Media platformaları üçün kontent təkliflərinin irəli sürülməsi;
  • Çöl reklamları üçün vizual konsepsiyaların yaradılmasında iştirak;
  • Marketinq kampaniya və aksiyalarının performansını izləmək;
  • Ənənəvi marketinq hesabatlarının yaradılması və yenilənməsi;
  • Bankın nüfuzunu qorumaq;

Namizədə dair tələblər:

  • Marketinq və ya oxşar sahədə ali təhsili olmalıdır;
  • Marketinq sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti;
  • Dil bilikləri. Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır;
  • Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır;
  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
  • Kreativlik, məzmun yaradıcısı və kopiraytinq sahələrində keçmiş iş təcrübəsinin olması;
  • Veb-sayt və mobil tətbiq üzərində təcrübə;
  • Əla multitasking bacarıqları;
  • Kreativ agentlikdə iş təcrübəsinin olması üstünlükdür;
  • DMI və bənzər sertifikatlara sahib olması üstünlükdür;

İş şəraiti:

  • AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə 
  • İş saatı 09:00-dan 18:00-dək 
  • İstirahət günləri: şənbə və bazar günləri
  • Əmək haqqı - namizdəin bilik və bacarıqlarına əsasən təyin olunacaqdır.

Qeyd olunan vakansiyalar üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini elektron ünvanına 31.01.2024-cü il tarixinədək göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Marketinq şöbəsinin mütəxəssisi şəklində göstərilməsi xahiş olunur.