İşin təsviri
İşin təsviri:
- İnzibati binanın, anbarın və digər obyektlərin fiziki mühafizəsini təmin etmək;
- Binaya giriş-çıxış rejiminə nəzarət etmək;
- Videomüşahidə sistemlərinin işlək vəziyyətini izləmək və məlumatları qeydiyyata almaq;
- Qəza, yanğın və ya digər fövqəladə hallar zamanı dərhal rəhbərliyə məlumat vermək;
- Növbə zamanı mühafizə jurnalında hadisələri və yoxlamaları qeyd etmək;
- Rəhbərlik tərəfindən verilən təhlükəsizliklə bağlı tapşırıqları yerinə yetirmək.
Namizədə dair tələblər:
- Orta və ya orta ixtisas təhsili;
- Təhlükəsizlik və ya mühafizə sahəsində ən azı 1 il iş təcrübəsi (üstünlük verilir);
- Fiziki cəhətdən sağlam, intizamlı və məsuliyyətli olmaq;
- Gecə və gündüz növbəli iş qrafikində işləməyə hazır olmaq;
- Dəqiq, diqqətli və operativ qərarvermə qabiliyyətinə malik olmaq;
- Fövqəladə və ya şübhəli hallarda düzgün reaksiya vermə bacarığı;
- Təhlükəsizlik kameraları və siqnalizasiya sistemləri ilə işləmək bacarığı (arzuolunandır);
- Rabitə və müşahidə vasitələrindən (RADSİYA) istifadə qaydalarını bilmək;
- Nizam-intizam qaydalarına və rəhbər göstərişlərinə ciddi əməl etmək;
- Azərbaycan və rus dilində sərbəst danışmaq və yazmaq.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə
- İş saatı 09:00-dan 18:00-dək
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Mühafizəçi (nəzarətçi)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.