İşin təsviri
İşin təsviri:
- Satınalma, Bankın xərclərinin sənədləşməsinə və müxabirləşməsinə nəzarət;
- Debitor və kreditorlarla işin təşkilinə nəzarət;
- VISA, MASTERCARD, Azerikard və ölkədaxili ödəniş sistemləri tərəfindən təqdim edilən invoysların araşdırılması və hesablaşmalara nəzarət;
- Plastik kartlar, bankomatlar və ödəniş terminalları ilə icra edilən əməliyyatların monitorinqinin həyata keçirilməsi, şübhəli əməliyyatların aşkarlanması;
- Ödəniş sistemləri sahəsində qanun pozuntusu (dələduzluq, sui istifadə və s.) hallarının aşkarlanması və araşdırılması tədbirlərini həyata keçirmək;
- Proses və əməliyyatlar üzrə nəzarət boşluqlarını aşkarlamaq və nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Nəzarət mexanizminin gücləndirilməsi üçün yeni alətlərin hazırlanmasında və tətbiqində iştirak etmək;
- Bankda aparılan əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu monitorinq etmək və baş verən kənarlaşmaların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
- Ödəniş sistemlərinə aid onlayn portallar vasitəsilə fraud ehtimalı olan əməliyyatlarla bağlı işin təşkili;
- Partnyorlara təqdim olunmuş terminalların bankın daxili prosedurlarına uyğun verilməsini, təyin olunmuş tarif, fəaliyyət kodunun düzgünlüyünün yoxlanılması üçün aidiyyəti struktur tərəfindən yerində monitorinqin aparılmasına nəzarət etmək;
- Fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə nəzarət prosesinin gücləndirilməsi istiqamətində yeni alət və mexanizmlərin hazırlanması və tətbiqində iştirak etmək.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sahəsində 3 il iş təcrübəsi tələb olunandır (Maliyyə, daxili nəzarət, audit və ya plastik kart sahəsində minimum 2 ildən artıq iş təcrübəsi olan namizədlər dəyərləndiriləcəkdir);
- Bank əməliyyatları və bank qanunvericiliyi barədə yüksək səviyyədə bilikli olmaq;
- Kart və kart əməliyyatları barədə bilikli olmaq;
- Rəqəmsal ödənişlər üzrə ödəniş sistemlərinin qayda və tələblərinə uyğunluğun yoxlanılması bacarığına malik olmaq;
- Rəqəmsal ödənişlər üzrə ölkə qanunvericiliyinin və ödəniş sistemlərinin qayda və tələbləri barədə məlumatlı olmaq;
- Ən çox yayılmış fraud halları barədə məlumatlı olmaq və qarşısının alınması istiqamətində atılmalı addımları müəyyənləşdirməyi bacarmaq;
- Yaxşı səviyyədə MS Excel biliyinə malik olmaq;
- Təhlil etmə və risk faktorlarını aşkarlama bacarığı.
İş şəraiti:
- İş saatı 09:00-dan 18:00-dək;
- İstirahət günləri: şənbə və bazar günləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Daxili nəzarət şöbəsinin Aparıcı / Baş mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.