Mexanik üzrə Layihə Mühəndisi

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 26.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Zavod ofisi

Tələblər: 

  • Mexanika mühəndisliyi üzrə ali təhsil;
  • Mexaniki mühəndisliyi və ya müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Layihələrin idarə edilməsi sahəsində təcrübə;
  • AutoCAD, SolidWorks üzrə istifadə bacarıqları;
  • Layihə idarəetmə proqramlarında işləmək bacarıqları;
  • Excel proqramından yaxşı səviyyədə istifadə bacarıqları;
  • Yüksək səviyyədə ingilis dili biliyi;
  • Müvafiq sahə üzrə standartlardan məlumatlılıq;
  • Yüksək səviyyədə analitik düşüncə və kommunikasiya bacarığı;
  • Həm texniki, həm də qeyri-texniki maraqlı tərəflərə mürəkkəb texniki məlumatları çatdırmaq bacarığı;

Əsas vəzifə və öhdəliklər:

  • Texniki avadanlıqların təmirinə və qulluğuna nəzarət etmək;
  • Layihə planlarını hazırlamaqda, eləcə də layihənin əhatə dairəsini, məqsədlərini və vaxt qrafiklərini müəyyən etməkdə layihə komandasına dəstək olmaq;
  • Dizayn, satınalma, tikinti və sınaq da daxil olmaqla, kross-funksional qruplarla sıx əməkdaşlıq edərək layihə məqsədlərinin yerinə yetirilməsini təmin etmək;
  • Keyfiyyətə, vaxt qrafiklərinə və büdcəyə riayət olunmasını təmin etməklə layihə qruplarını əlaqələndirmək və onlara nəzarət etmək;
  • Detallı layihə planlarını hazırlamaq;
  • İşçi heyəti, büdcə və materiallar daxil olmaqla layihə resurslarını idarə etmək;
  • Dizayn və tətbiqin mümkünlüyünü müəyyən etmək üçün dizayn təklifləri, spesifikasiyalar və təlimatları araşdırmaq və təhlil etmək;
  • Quraşdırma planlarının və əməliyyatların standartlara uyğun olmasını təmin etmək üçün mexaniki sistem xəritələrinin texniki təsvirlərini, spesifikasiyalarını hazırlamaq və öyrənmək;
  • İstehsal, tikinti və quraşdırma standartlarını və spesifikasiyalarını hazırlamaq üçün detallı hesablamalar aparmaq;
  • Layihənin çərçivəsini, müddətini və büdcəsini əhatə edən detallı layihə planı hazırlamaq;
  • Mexaniki mühəndislik tələb olunan layihələrdə planlaşdırılma və konseptual dizayn işlərinə rəhbərlik etmək;

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 12 Yanvar 2024

İşəgötürənin reytinqi