Texniki dəstək üzrə mütəxəssis (İT Helpdesk)

  • Star Express
  • Elanın qoyulma tarixi: 26.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Fərdi kompüter istifadəçilərinə kompüter təchizatı və ya proqram təminatı ilə bağlı problemlərin həllində kömək etmək;
  • Video müşahidə sistemlərinin, monitorların qurulması və bu sistemlərinin proqram təminatı ilə bağlı problemlərin həlli;
  • Access Control və Turniket sistemlərinin qurulması və bu sistemlərinin proqram təminatı ilə bağlı problemlərin həlli;
  • Vəzifə öhdəliklərinə uyğun olaraq rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrasını təmin etmək.
  • İT departamentinin öhdəliyinə aid məsələlərlə bağlı prosedur və qaydaları, hesabat və digər sənədləri hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
  • İT avadanlıqlarının işlək vəziyyətinin təmin olunmasında iştirak etmək;
  • Şirkətin İT infrastrukturunda yaranan nasazlıq və xidmət pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görmək.

Namizədə tələblər:

  • Ali təhsil (İnformasiya Texnologiyaları, Komputer Elmləri və s);
  • Texniki dəstək üzrə minimum 2 il iş təcrübəsi;
  • Microsoft/Cisco Sertifikatı üstünlükdür;
  • Fərdi kompüter proqram təminatı və müxtəlif İT avadanlıqları haqqinda ətraflı biliklər;
  • Komputer şəbəkələrinin əsaslarını bilmək;(TCP/IP);
  • İP Telefoniya üzrə təcrübə;
  • Azərbaycan dili sərbəst, Rus və İngilis dilinin orta səviyyədə bilikləri.
  •  Problem həlletmə;
  • Analitik düşüncə.
  • Punktuallıq;
  • Təşəbbüskarlıq, ünsiyyət bacarıqları, komandada işləmək bacarığı.

İş yeri: Bakı şəhəri
İş qrafiki: 5 günlük iş həftəsi (iş saatları 09:00 - 18:00) 
Əmək haqqı: Namizədin bilik və təcrübəsindən asılı olaraq müsahibədə müəyyən olunacaq. 
Nahar:  Şirkət tərəfindən ödəniş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.