İnsan Resursları üzrə Mütəxəssis

İşin təsviri

Öhdəliklər:

  • Məzuniyyət ərizəsinin icraata alınması və məzuniyyət əmrinin SAP ERP sistemində icra edilməsi
  • Bütün növ kadr əmrlərinin hazırlanması (işə qəbul, işdən çıxma, yerdəyişmə, vəzifə dəyişikliyi və s.);
  • İşdən azad edilən işçinin istifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyasının hesablanması və qeydlərin aparılması
  • İşdən azad edilən işçinin haqq-hesab vərəqəsinin hazırlanması
  • Xəstəlik vərəqələrinin yoxlanması ,qeydiyyatı və uçotunun aparılması;
  • İş vaxtının uçotunun aparılmasına nəzarət etmək
  • İş rejiminin qanunvericiliyə uyğun təyin edilməsinə nəzarət etmək
  • Əmək şəraiti ağır və zərərli olan iş yerlərində çalışan işçilərə zərərə görə kompensasiyaların düzgün ödənilməsi üçün növbə cədvəllərində və iş vaxtının uçotu tabellərində işçilərin iş yerlərinə düzgün yerləşdirilməsinə nəzarət etmək
  • İşçilərin növbə cədvəllərinin tərtib olunmasının düzgünlüyünün yoxlanması
  • İşçilərin iş vaxtından artıq işlərə cəlb olunması barədə təqdim edilmiş aktların araşdırılması və işçilərin razılığının olmasının yoxlanması
  • İşçilərin iş vaxtından artıq işlərə cəlb olunması barədə əmrin layihəsinin tərtib edilməsi
  • İş vaxtının uçotu tabellərinin yoxlanması , düzəliş olunması və uçotunun aparılması;
  • Əmək haqqının hesablanması və vaxtında verilməsinin təmin olunması
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrüəsi
  • ƏMAS ilə işləmə bacarığı
  • MS Office, Outlook ilə işləmə bacarığı
  • Ali təhsil (İR üzrə, iqtisadiyyat (və ya iqtisadiyyatla bağlı digər sahələr), menecment)
  • Əla səviyyədə AR Əmək Məcəlləsini, əmək qanunvericiliyni bilməli
  • ƏMAS, Məşğulluq və digər dövlət orqanları ilə işləməyi bacarmalı
  • Kadrlarla bağlı sənədlərin rəsmiləşdirilməsi, aparılması və saxlanılması qaydalarından məlumatlı olmalı