İnsan Resursları üzrə Mütəxəssis

  • SMTS
  • Elanın qoyulma tarixi: 22.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan Təhsil və təcrübə:

  • İqtisadiyyat, Menecment və ya İnsan Resursları sahələri üzrə Ali təhsil;
  • İşçi heyətinin Planlaması, İşə Qəbul, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi, Motivasiya və Təlim Sistemlərinin qurulmasında təcrübəsi olmalıdır;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • İnsan resursları üzrə mütəxəssis olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);

Tələb olunan Kompüter bilikləri:

  • Microsoft Office (Word, Excel, Outlook) - əla səviyyədə;
  • ERP - yaxşı səviyyədə;
  • MS Visio - əla səviyyədə.

Tələb olunan dil bilikləri:

  • Azərbaycan dili - əla səviyyədə;
  • İngilis dili - yaxşı səviyyədə;
  • Rus dili – orta səviyyədə.

Tələb olunan Bacarıqlar:

  • Müəssisənin insan resursları siyasətinin təkmilləşdirilməsində iştirak etmək;
  • Şirkət üzrə yüksək səviyyəli mütəxəssislərin cəlb etmək üçün effektiv işə götürmə strategiyaları və proseslərin hazırlanması, həyata keçirilməsi və inkişaf etdirilməsi;
  • Müəssisənin siyasətinə uyğun olaraq İnsan resursları üzrə prosedurların təkmilləşdirilməsində, yeni vəzifə təlimatlarının hazırlanmasında iştirak etmək;
  • İnsan resursları planlamasını (işçi ehtiyacını müəyyən etmək) həyata keçirmək;
  • Vakansiyalar üzrə iş elanlarını yerləşdirmək, daxil olan CV-ləri analiz etmək və uyğun namizədlərlə görüşləri həyata keçirmək;
  • İşə qəbulla bağlı namizədlər üçün müvafiq qiymətləndirmə formaları (suallar, testlər və s.) hazırlamaq;
  • Müsahibə nəticələrinin izlənilməsi, namizədlərə geridönüşlərin edilməsi, uyğun görülmüş namizədlərin işə başlaması prosesinin təqib edilməsi və adaptasiya təlimləri ilə bağlı məlumatlandırılma;
  • Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və müntəzəm olaraq dəyişikliklərin qeydiyyatının aparılması;
  • İşçilərin qiymətləndirməsi və mükafatlandırılmasına dair sorğuların keçirilməsi və sistemli tətbiq edilməsi;
  • İllik təlim-tədris proqramının hazırlanması və icrasına nəzarət edilməsi;
  • Dövlət orqanlarına və rəhbərlik üçün hesabatların hazırlanması və təqdim edilməsi;
  • Daxili və xarici audit zamanı İR üzrə sənədlərin hazırlanması;
  • Şirkət daxilində müxtəlif vəzifələr üzrə iş analizlərinin aparılması;
  • Şirkət daxili departamentlər üzrə işçilərin iş yükünün ölçülməsi. İş yükü və iş analizi üzrə hesabatların İRD Menecerinə təqdim edilməsi;
  • Məzuniyyətlərin planlaşdırılması və plan üzrə məzuniyyətlərin veriməsini təqib etmək, onların uçotunun aparılması;
  • İşçilərin ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
  • Davamiyyətin izlənməsi; Aylıq tabellərin hazırlanması;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.
  • Dürüst və məsuliyyətli;
  • Vaxtın düzgün idarə olunması.
  • Güclü ünsiyyət bacarıqları (şifahi/yazılı).
  • Güclü analitik bacarıqları;
  • Problemlərin və münaqişələrin həlli;
  • Operativlik;
  • Müfəssəl cədvəllər, diaqramlar və təqdimatlar hazırlamaq bacarığı.

Digər şərtlər:

  • Əmək haqqı: NETT olaraq 1300 - 1800 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
  • İş rejimi: 5 günlük iş həftəsi;
  • İş yeri: Bakı şəhəri.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə elektron ünvanına mövzu yerinə “İnsan Resursları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.