İşin təsviri
Vəzifələr:
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Satınalma prosesinin satınalma proseduruna uyğun olaraq, şirkət dəyərləri əsasında düzgün həyata keçirilməsi;
- Xarici iqtisadi əlaqələrin yaradılması;
- Tenderlər ilə işləmə, sənədləşmə işlərinin aparılması;
- Fəaliyyət sahəsində bütün sənədlərin (uyğunluq sertifikatlarının, texniki göstəricilərin və s.) düzgün tərtibi;
- Davamlı bazar araşdırmalarının həyata keçirilməsi və optimal həll yollarının təmin edilməsi;
- Xarici hüquqi şəxslərlə yüksək keyfiyyətli münasibətlərin qurulması;
- Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi.
Namizədə tələblər:
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Rus və ingilis dillərini (oxuma, yazma, danışıq) yüksək səviyyədə bilməli;
- MS Office proqramlarını bilməli ( 1C proqramını bilməsi üstünlük kimi qiymətləndirilir);
- Yüksək səviyyədə internetdən istifadə və xarici bazarı təhlil etmək bacarığı
- Tender – Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanunları barədə məlumatlı olması;
- “Supply Chain Management” sahəsini bilmək;
- Güclü analitik düşüncə, diqqətcil, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Dürüstlük və kollektivdə işləmə bacarığı.
İş şəraiti:
- 5 günlük iş həftəsi ( 09:30 - 18:30);
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
- Əmək haqqı müsahibənin nəticəsinə görə müəyyən olunacaq.
CV-lərinizi elektron ünvana “Satınalma üzrə mütəxəssis” başlığı ilə göndərməyiniz xahiş olunur.