Satış üzrə mütəxəssis

İşin təsviri

Vəzifələr: 

  • Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
  • İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı;
  • Potensial satış ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi;
  • Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi;
  • Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması;
  • Personal satış strategiyası yaratmaq və inkişaf etdirmək;
  • Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
  • Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması;
  • Müştəridən sifarişlərin qəbul olunması və  sifarişlərin icra olunması;
  • Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi;
  • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
  • Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması.

Namizədə tələblər:

  • Rus və Azərbaycan dillərində səlis ünsiyyət bacarığı (ingilis dili üstünlük kimi qiymətləndirilir);
  • Müştəriyönümlü satış bacarığı;
  • Hər hansı bir malın rentabellik səviyyəsini asanlıqla təyin etmək və düzgün proqnoz vermək bacarığı;
  • Tikinti sahəsində satış mütəxəssisi kimi iş təcrübəsi;
  • Satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı;
  • MS Office proqramlarını yüksək səviyyədə bilməli;
  • Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı;
  • Məsuliyyətli və güclü analitik düşünmə bacarığı.

İş şəraiti:

  • 5 günlük iş həftəsi ( 09:30 - 18:30);
  • AR qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
  • Əmək haqqı müsahibənin nəticəsinə görə müəyyən olunacaq.

CV-lərinizi elektron ünvana “Satış üzrə mütəxəssis” başlığı ilə göndərməyiniz xahiş olunur.