İnsan resursları üzrə mütəxəssis

  • Qarant Kredit
  • Elanın qoyulma tarixi: 21.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Yaş aralığı: 25-40;
  • İnsan resursları sahəsi üzrə ən az 1 il iş təcrübəsinə malik olmalı;
  • Əmək qanunvericiliyinin tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
  • Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
  • İnsan resursları üzrə sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
  • Analitik düsünmə qabiliyyətinin olması.

Öhdəliklər:

  • Kadr Kargüzarlığı və İşə Qəbul prosesininin, Əmək Məcəlləsinə, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparılması;
  • Kadr məlumat bazasının, dəyişiklikləri nəzarə almaqla, daim yenilənməsi
  • Kadr uçotuna və kadr kargüzarlığına aid olan sənədləşmənin (əmək kitabçaları, mənzuniyət uçotu, ezamiyyət uçotu, əmrlər, əmək qabiliyyəti olmaması baradə (xəstəlik) vərəqələri,) aparılması;
  • İşə yeni qəbul edilmiş və əmək müqaviləsinə xitam verilmiş işçilərin şəxsi işlərin təlimata uyğun qaydada yığılması və əmək fəaliyyəti ilə bağlı olan zəruri dəyişikliklərin daxil edilməsi;
  • Əmək və icra intizam tənbehlərinin sənədləşdirilməsi;
  • Rəhbərliyin verdiyi tapşırıqların icrası;
  • Sorğu və digər araşdırmaları təşkil etmək və aparmaq.

İş qrafiki: həftənin 6 günü,(şənbə günü qısa iş günü saat 10:00-dan 16:00-dək), bazar günü istirahət;

Əmək haqqı: namizədin bilik və təcrübəsindən asılı olaraq müsahibə əsasında razılaşma ilə təyin olunacaq.

Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını "İnsan resursları üzrə mütəxəssis" başlığı altında 25 dekabr 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilərlər.