Yük daşımaları üzrə iqtisadçı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Stansiya və ya vaqon deposunda texniki, yük və kommersiya işinin icra edilməsi;
  • Stansiya və vaqon depoları üzrə əsas texniki göstəricilərin hesablanması;
  • “Azərbaycan Dəmir Yolları” QSC üzrə lokomotiv və vaqon parkının hesabatının hazırlanması;
  • Daşımaların təşkili və tranzit yüklərin bərə və limanlar vasitəsilə daşınmasına nəzarət edilməsi.

Tələblər:

  • Təhsil səviyyəsi: Ali;
  • Ümumi 3 il, Stansiya və ya vaqon deposunda 1 il (bir) il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office (yaxşı);
  • Hərkətin təşkili və qatarların idarə edilməsi qaydalarını bilməli;
  • Vaqonların dövriyyəsini və lokomotivlərdən səmərəli istifadə qaydalarını bilməli;
  • Stansiyaların texnoloji iş prosesini tərtib etməyi bilməli;
  • Yük və kommersiya üzrə tətbiq olunan normativlərin icrasını bilməli;
  • Ezamiyyə səfərlərinə hazır olmalı.

Tələb olunan funksional keyfiyyət meyarları:

  • Analtik yanaşma;
  • Məlumat əldə etmə;
  • Dəqiqlik.

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlər 29.12.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.